Icma.az
close
up
RU
Menu

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Bu, Azərbaycan tarixinə düşəcək

Bu, Azərbaycan tarixinə düşəcək

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

“Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizin inkişaf strategiyasında mühüm ideoloji və praktiki mərhələni ifadə edir. Bu qərar şəhərsalma və memarlığın təkcə texniki və estetik sahə deyil, eyni zamanda milli kimliyin, tarixi yaddaşın və sosial rifahın formalaşmasında əsas amillərdən biri olduğunu bir daha ön plana çıxarır. Müasir dövrdə şəhər mühitinin keyfiyyəti dövlətin inkişaf səviyyəsinin, vətəndaş məmnunluğunun və gələcəyə baxışının göstəricisi kimi çıxış edir”. 

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycanın şəhərsalma və memarlıq irsi dərin tarixi köklərə malikdir. Qədim şəhər mədəniyyətindən müasir urbanistik yanaşmalara qədər uzanan bu inkişaf xətti xüsusilə XX əsrin ikinci yarısından etibarən sistemli və elmi əsaslara söykənən mərhələyə qədəm qoyub. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi dövründə formalaşmış memarlıq məktəbi məhz bu yanaşmanın bariz nümunəsidir. Həmin dövrdə Bakının və regionların baş planlarının hazırlanması, sənaye, yaşayış və ictimai binaların vahid memarlıq konsepsiyası əsasında inşası, milli memarlıq elementlərinin müasir üslubla uzlaşdırılması şəhərsalma sahəsində keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində bu irsin sistemli şəkildə araşdırılması, təhlili və ictimaiyyətə təqdim edilməsi xüsusi əhəmiyyət daşıyır.

Deputatın sözlərinə görə, 2026-cı il ərzində ölkənin şəhərsalma və memarlıq tarixini əks etdirən tədbirlərin keçirilməsi, elmi-praktik konfransların, sərgilərin, tematik forumların təşkili, arxiv materiallarının və memarlıq layihələrinin geniş auditoriyaya çatdırılması nəzərdə tutulur. Bu təşəbbüslər cəmiyyətin memarlıq mədəniyyətinə marağını artırmaqla yanaşı, gənc nəsildə peşəkar şəhərsalma düşüncəsinin formalaşmasına da töhfə verəcək. Xüsusi diqqət Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa proseslərinə yönəldilir. Azad edilmiş ərazilərdə aparılan şəhərsalma işləri təkcə dağıdılmış infrastrukturun bərpasını deyil, həm də tamamilə yeni urbanistik modelin qurulmasını ehtiva edir. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına əsaslanan bu yanaşma müasir texnologiyaların, ekoloji dayanıqlılığın və sosial rahatlığın sintezini təmin edir. Tarixi-mədəni irs nümunələrinin bərpası isə milli yaddaşın və mədəni kontinuitetin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. 2026-cı il ərzində bu prosesləri əks etdirən analitik materialların, vizual təqdimatların və sənədli layihələrin hazırlanaraq ictimaiyyətə təqdim edilməsi prioritet istiqamətlərdən biri olacaq.

“Milli və beynəlxalq media platformalarında müasir Azərbaycan şəhərsalma nümunələrinin təqdim edilməsi ölkənin inkişaf modelinin qlobal informasiya məkanında tanıdılmasına xidmət edir. Yeni şəhər məkanları, innovativ memarlıq layihələri, bərpa və restavrasiya nümunələri Azərbaycanın yalnız enerji və geosiyasi deyil, həm də urbanistik və mədəni mərkəz kimi mövqeyini gücləndirir”-deyən Sevinc Fətəliyevanın fikrincə, nəticə etibarilə, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi keçmiş irslə müasir inkişaf arasında üzvi əlaqənin qurulmasına, azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin strateji baxımdan dəyərləndirilməsinə və Azərbaycanın müasir şəhərsalma təcrübəsinin dünyaya təqdim olunmasına xidmət edir. 

Deputat qeyd edib ki, bu il həm milli memarlıq irsinə hörmətin ifadəsi, həm də gələcək nəsillər üçün dayanıqlı və funksional şəhər mühitinin formalaşdırılması istiqamətində mühüm addım kimi tarixə düşəcək.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Fevral 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see728

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see524

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see514

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see508

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see466

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see427

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see424

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see360

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see340

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see318

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see314

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see313

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see300

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see299

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see287

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see287

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see286

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see285

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see284

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see259
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri