Icma.az
close
up
RU
Bu səfər Azərbaycan tarixinə şanlı imza kimi düşəcək

Bu səfər Azərbaycan tarixinə şanlı imza kimi düşəcək

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a tarixi səfəri davam edir. Amerikalı həmkarı Donald Trampın dəvəti ilə reallaşan bu işgüzar səfər, Bakı–Vaşinqton münasibətlərində yeni mərhələnin əsasını qoya biləcək mühüm diplomatik hadisə kimi qiymətləndirilir. Gündəliyin əsas mövzuları sırasında enerji təhlükəsizliyi, regional sabitlik və ticarət əlaqələrinin genişləndirilməsi ilə yanaşı, Ermənistanla sülh prosesi də xüsusi yer tutur. İki lider arasında aparılacaq müzakirələrin Cənubi Qafqazda davamlı sülhün bərqərar olması, xüsusilə də Azərbaycan-Ermənistan münasibətlərində mövcud ziddiyyətlərin aradan qaldırılması istiqamətində yeni imkanlar açacağı gözlənilir. Səfər bu baxımdan həm region ölkələri, həm də beynəlxalq ictimaiyyət üçün diqqət mərkəzindədir.

Milli Məclisin deputatı Vüqar İsgəndərov Demokrat.az-a açıqlamasında deyib ki, növbəti tarixi günlərimizi yaşayırıq:

“Bütün bu qələbələrimiz Azərbaycan xalqının qürur mənbəyidir. Prezidentin uğurlu siyasəti və xalqımızın birliyi bizə zaman-zaman çox böyük qələbələr qazandırıb. Prezidentin ABŞ-a işgüzar səfəri, səfər çərçivəsində keçiriləcək görüşlər və imzalanan sənədlər deməyi əsas verir ki, biz daha bir tarixi uğurun şahidi olduq. Görüşdən öncə artıq Azərbaycan İqtisadiyyat Nazirliyi, SOCAR və ABŞ-ın ən böyük neft şirkətlərindən biri arasında mühüm müqavilə imzalanıb. Şübhəsiz ki, Prezidentlə Donald Trampın görüşü iki ölkə arasındakı münasibətlərə böyük fayda verəcək. Artur İtkovun Bakıda olması və Prezidentin onu yaxşı tanıması da şəxsi və dövlətlərarası əlaqələrə müsbət təsir göstərir. Bayden administrasiyasından fərqli olaraq, Donald Tramp Azərbaycanla münasibətləri yaxşılaşdırmağı, hətta strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağı qarşısına məqsəd qoyub. Onun Novruz bayramı və Müstəqillik Günü münasibətilə Prezidentə ünvanladığı məktublar da bu niyyətin göstəricisidir”.
Deputat bildirib ki, Vaşinqtonda keçirilən Azərbaycan Prezidenti ilə Donald Tramp arasındakı görüş tarixi hadisədir:
“Bu görüş həm də ABŞ-Azərbaycan strateji münasibətlərini yeni mərhələyə daşıya bilər. Enerji və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Əsas mövzulardan biri isə Zəngəzur dəhlizinin açılması ilə bağlı mühüm qərarlardır. Təxminən 40-45 km uzunluğunda olacaq bu yolun necə adlandırılmasından asılı olmayaraq, əsas nəticə odur ki, Zəngəzur dəhlizi açılacaq və Azərbaycan həm mənəvi, həm hüquqi arzusuna çatacaq. Bu yol Azərbaycanın materik hissəsini Naxçıvanla birləşdirəcək, ölkəni Türkiyə ilə quru yolu vasitəsilə bağlayacaq. Türk dünyasını bir araya gətirəcək, Çindən gələn malların Londona və Avrasiyanın digər bölgələrinə çatdırılmasında yeni strateji imkanlar yaradacaq. Əminik ki, bu səfər Azərbaycan tarixinə şanlı imza kimi düşəcək. Bu, Prezidentin uğurlu siyasətinin növbəti sübutu olacaq və yaddaşlarda tarixi hadisə kimi qalacaq”.
Siyasi şərhçi Asif Nərimanlı diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin ABŞ-a səfəri və Donald Trampın verdiyi “tarixi gün” bəyanatı təkcə diplomatik protokol hadisəsi deyil:

“Bu həm də iki ölkə münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. İmzalanan sənədlər sırasında Strateji İşçi Qrupunun yaradılması, enerji, təhlükəsizlik, müdafiə, texnologiya və iqtisadi əməkdaşlıq sahələrində yeni razılaşmaların yer alması bu münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırır. Bu, ilk növbədə, Cənubi Qafqazda geosiyasi balansın yenidən formalaşmasına təsir göstərəcək. Vaşinqtonun regiona diqqəti Bakının danışıqlardakı mövqeyini gücləndirir və ABŞ-ın vasitəçi rolunu rəsmiləşdirir. Bundan başqa, enerji təhlükəsizliyi, xüsusilə Xəzər dənizi hövzəsində və Orta Dəhliz üzərindən daşımaların təhlükəsizliyinin təmin edilməsi məsələlərində əməkdaşlıq daha da dərinləşəcək. Azərbaycanın həm iqtisadi, həm də hərbi-siyasi gücünü artırmaqla yanaşı, onu regionda mühüm strateji mərkəzə çevirəcək. Donald Trampın “8 avqust tarixi gün olacaq” ifadəsi isə sadəcə bir diplomatik kompliment deyil. Vaşinqtonun Cənubi Qafqaz siyasətində Bakının strateji mövqeyini yüksəltmək niyyətinin açıq mesajıdır. Bu, həm ABŞ, həm də Azərbaycan üçün qlobal miqyasda yeni imkanların başlanğıcı deməkdir”.
Leyla Turan
Demokrat.az
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” istiqamətində hazırlanıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Avqust 2025 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri