Icma.az
close
up
RU
Bakı prosesində yaddaqalan məqamlar: Bu, COP29un tarixinə düşəcək

Bakı prosesində yaddaqalan məqamlar: Bu, COP29un tarixinə düşəcək

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Azərbaycanda keçirilməsi tarixi hadisədir. Azərbaycan növbəti dəfə öz üzərinə düşən vəzifəni uğurla icra etdi. COP29-un qısa zamanda yüksək səviyyədə təşkil edilməsi Azərbaycanın inkişafı və əldə etdiyi nailiyyətlərlə, təcrübələrlə bağlıdır.

Bunu Teleqraf.com-a Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Siyavuş Novruzov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda keçirilən bütün tədbirlər kimi COP29-da yüksək səviyyədə təşkil edildi: “Eyni zamanda birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə görülən yüksək səviyyəli işlər göz önündədir. Bu mənada Azərbaycan cəmi 11 aya COP29-un təşkilinə nail olub. Bundan öncə də Azərbaycan beynəlxalq, mötəbər tədbirlərə ev sahibliyi edib. Avropa Oyunları, İslam Həmrəylik Oyunları, Avroviziya, Türk Dövlətləri Təşkilatının, eyni zamanda Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın gördüyü işləri nümunə göstərmək olar”.

Millət vəkili bildirib ki, COP29 öz maştabına görə daha böyük beynəlxalq tədbirdir: “200-dən artıq dövlətin razılığı ilə COP29 Azərbaycanda keçirildi. Bu, ölkəmizə olan etimad və inamın bariz nümunəsi idi. Məhz Prezidentin həyata keçirdiyi uğurlu, davamlı siyasətin nəticəsində COP29-un tarixində Azərbaycan ən yüksək təşkilatçılıq xüsusiyyətlərinə görə yadda qalacaq. Bu tədbirin keçirilməsi bir daha Azərbaycanda ictimai-siyasi sabitliyin olduğunu, ölkəmizdə insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsinə əsaslanır”.

Deputat vurğulayıb ki, Azərbaycan ekologiya və ətraf mühitin qorunmasına xüsusi önəm verir: “Bu istiqamətdə mühüm dövlət proqramları icra edilir. COP29 çərçivəsində həmçinin hüquqları pozulmuş kiçik dövlətlərə yardımların, köməkliklərin edilməsi də gündəmdə oldu. Bu ölkələrin ərazilərində ekoloji tarazlığın pozulmasına yönələn addımlar pislənildi. Həmçinin müasir müstəmləkəçilik anlayışlarının aradan qaldırılması ilə bağlı çağırışlar edildi”.

Siyavuş Novruzov hesab edir ki, bu gün Azərbaycan COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi edir, öz tarixinin həqiqətlərini dünyaya çatdırmağa çalışdığı halda yenə də bəzi qüvvələr öz çirkin niyyətindən əl çəkmir: “Mümkün qədər bu tədbirin üzərinə kölgə salmağa cəhdlər edilir. Fransa, Niderland kimi ölkələr, digər kəşfiyyat qrupları, erməni lobbisi və onun əlaltıları Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Sözsüz ki, hər zaman olduğu kimi bütün bu çirkin iftiralara baxmayaraq Azərbaycan tarixində mühüm hadisələr yaşanır. Bu, dünya üçün edilən bir təşəbbüsdür. Azərbaycan isə qlobal miqyasda özünün nəyə qadir olduğunu bir daha nümayiş etdirdi”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 15 Noyabr 2024 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri