Icma.az
close
up
RU
Bu, biz, bu da onlar

Bu, biz, bu da onlar

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Azərbaycan yenə də, öz xeyirxahlığını, yardımsevər siyasətini əks etdirdi, Prezidentin tapşırığı ilə İrana humanitar yardım - ərzaq, dərman və tibbi ləvazimat göndərdi.
Əslində, Azərbaycan İrana bu yardımı daha əvvəlcə etməyi nəzərdə tuturdu, bu ölkədə baş verən son hadisələrdən narahatlığını ifadə edən Cənab Prezident İranın Bakıdakı səfirliyinə gedərək dərin kədərini ifadə etdi, İran xalqına başsağlığı verdi? onların dərdinə şərik oldu.
Bunun ardınca humanitar çətinliklərlə üzləşən insanlara dəstək göstəriləcəkdi, ancaq İranın Naxçıvana qarşı terror aktından sonra bu, dayandırıldı.
Prezident İlham Əliyevin Məsud Pezeşkian ilə martın 8-də baş tutan telefon danışığından sonra qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanması üçün bu xeyirxahalıq göstərildi.
Beləliklə, bu dəstək bir daha Azərbaycanın kin saxlayan dövlət yox, çətin vəziyyətdə olana əl uzadan, arxa-dayaq olan dövlət olduğunu nümayiş etdirdi.
Azərbaycan əsil qonşuluq prinsiplərinən sadiq qaldığını göstərir, baxmayaraq ki, İrandan normal qonşuluq görməmişik. İran son 30 ildə ölkəmizin milli maraqlarına qarşı addımlar atıb, torpaqlarımız işğalda olanda və müharibə dövründə Ermənistana humanitar yardım adı ilə hərbi sursatlar göndərirdi.
Ancaq Azərbaycan bu ədalətsizliklərlə, qeyri-səmimi davranışlarla üzləşsə də, heç vaxt öz humanizminə, xoşməramlı dövlət mədəniyyətinə sadiq qalıb, hətta Fransa hökumətinin ən çirkin oyunlarına rəğmən, Notrdam kilsəsində baş verən hadisə zamanı ilk dəstək verənlərdən biri oldu.
Ermənistanla hələ sülh sazişi imzalanmayıb, ancaq bir ilə yaxındır ki, bu ölkəyə humanitar dəhliz açmışıq, zəruri mallar göndəririk.
Eləcə də, Fələstinə Azərbaycan uzun illərdir ki, yardım edir, ən zəruri dəstəklər verib, Qəzzaya 10 milyon dollardan çox maliyyə ayırıb. Heç bir ölkədə olmadığı halda Fələstin muxtariyyətinin yeganə nümayəndəliyi Azərbaycandadır. Halbuki Fələstinin yüksək vəzifəli şəxsləri həmişə Ermənistanın yanında olduqlarını bildiriblər.
Yaxud Suriyaya humanitar yardımlarını davam etdirir.
Bütün bu sadalanları xatırlatmaqla Azərbaycanın sülhpərvər, xoşniyyətli dövlət olmasını, heç vaxt təmənna və siyasi mənfəət güdmədiyini, hətta ona düşmən münasibət sərgiləyən qonşusuna çətin anlarda köməyini əsirgəmidiyini vurğulamaq istərdim.
Cənab Prezident İlham Əliyevin haqlı olaraq dediyi kimi İran tərəfinə dəfələrlə Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacağı çatdırılıb. Çünki bizim ölkəmizin mövqeyi bəllidir: qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də siyasətimiz buna imkan verir.
Bu, o deməkdir ki, Azərbaycan sözünə, vədinə əməl edən, söz ilə əməli bir olan dövlətdir.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 Mart 2026 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see368

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see338

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see325

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see266

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see259

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see245

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see238

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see217

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see198

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see198

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see194

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see189

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see185

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see179

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see178

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see171

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see171

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see168

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see166

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri