Icma.az
close
up
RU
Təkcə “Qarabağ” deyil, onlar da bu durumdadırlar...

Təkcə “Qarabağ” deyil, onlar da bu durumdadırlar...

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Misli Premyer Liqasında mövsüm sona yaxınlaşır. “Qafqazinfo” xəbər verir ki, liqanın qalibi olmağa ən real namizəd isə “Sabah”dır. 

Onlardan 10 xal geri qalan “Qarabağ”ın son oyunlarda ardıcıl xallar itirməsi isə birmənalı qarşılanmır. Komandanı tənqid edənlərin sayı çoxalıb. Futbol mütəxəssisləri ilə yanaşı azarkeşlər də Qurban Qurbanovun yetirmələrinin oyunundan narazıdır. Adətən istər futbol mütəxəsissləri, istər media, istərsə də azarkeşlər öyrəşiblər ki, “Qarabağ” avrokubok mövsümünü başa vurduqdan sonra çempionatda dominantlığını artırıb liderliyini sübut etsin. 

Lakin bu mövsüm hər şey fərqli oldu. Əvvəlcə ondan başlayaq ki, Avropa Liqası, Konfrans Liqası Çempionlar Liqası ilə müqayisəyə gəlməz. İstənilən halda qitənin ən nüfuzlu klub turnirindəki komandaların səviyyəsi digər yarşlardakından daha üstündür. Burada Avropanın nəhəngləri yer alır. 

Konfrans və Avropa Liqasında iştirak edən böyük klublar isə orada heç də tam gücü ilə mübarizə aparmırlar. Onların əksəriyyəti daxili liqadakı turnirdə uğurlu çıxışa və növbəti mövsüm Çempionlar Liqasında iştiraka köklənir. 

Bu baxımdan kiçik futbol ölkələrindən çıxan komandalar Çempionlar Liqasında mübarizə üçün böyük güc sərf edirlər. “Qarabağ” da əvvəlki illərlə nisbətdə ağır oyunlardan yoğun çıxdı. 

Üstəlik, çempionatda da vəziyyət əvvəlki illərə nisbətdə dəyişib. Artıq bir neçə ildir ki, liderlik mübarizəsinə qoşulmaq istəyən “Sabah” arzusuna çatıb. Komanda həm heyəti, həm məşqçisi ilə layiqli şəkildə çempionluq yolunda irəliləyir. Bu da “Qarabağ”a əlbəttə ki, çətinlik yaradır. Ağdamlılar son mövsümlərdə ilk dəfə qarşısında israrla çempionluq yolunda addımlayan komanda görürlər. 

“Qarabağ”la birlikdə Çempionlar Liqasında yer alan aşağıbüdcəli klubların da daxili çempionatlarında çıxışı zəifləyib. 

Qurban Qurbanovun komandası ilə eyni liqada yer alan Danimarkanın “Kopenhagen” klubu son illərdəki ən çətin dönəmini yaşayır. Bakıda 2:0 məğlub etdiyimiz komanda daxili liqada aşağı liqaya düşməmək uğrunda mübarizə aparır. Onlar çempionluq üçün mübarizə aparan ilk “6-lıq”dan kənarda qalıblar. Bu isə o deməkdir ki, “Kopenhagen” növbəti mövsüm nəinki çempion olmayacaq, heç avrokuboklarda da iştirak etməyəcək. 

Qitənin ən nüfuzlu klub turnirində “İnter” kimi rəqibi mübarizədən kənarlaşdıraraq 1/8 finala qədər gələn Norveçin “Buydo Qlimt” klubu da çətinliklərlə üz-üzədir. Düzdür, Skandinaviya ölkəsində çempionat yeni başlayıb və cəmi 4 tur oynanıılıb. Amma “sarı qaralar” 4 oyundan cəmi 3 xal toplaya biliblər. 

Çempionlar Liqasının digər sürpriz iştirakçılarından olan “Pafos” üçün də daxili liqada mövsümü uğurlu qiymətləndirmək olmaz. Komanda hazırda öz liqasında çempionluq qrupunun 4-cü pilləsindədir. Onların da avrokuboklarda iştirak edib-etməyəcəyi bəlli deyil. 

Bu komandaların içində yalnız Qazaxıstanın “Kayrat” klubu ölkə çempionatında liderdir ki, orada da mövsüm yeni başlayıb. 5 turda 11 xal yığan komanda liqaya başçılıq edir. Rəqiblərinin də onları eyni xalla izlədiyini nəzərə alsaq, bu liderliyin uzun çəkməyəcəyi də gözləniləndir. Üstəlik, “Kayrat” Çempionlar Liqasında cəmi 1 xal qazanmışdı və elə ilk turlardan komandanın iddiası yox idi. Həmçinin onlar Çempionlar Liqası ilə eyni vaxtda daxili liqada yarışmırdılar. 

Göründüyü kimi bu cür komandaların böyük turnirdə çox güc itirdiyi ortadadır. İstənilən halda əgər ölkə çempionatında rəqabət varsa, belə yarışlardan sonra çempion olmaq üçün də çox geniş heyətə malik olmalısan. 

“Qarabağ” isə Çempionlar Liqasında pley-off-a qədər adladı və burada güclü “Nyukasl”la mübarizə apardı. 

Üstəlik, Çempionlar Liqasında uğurlu mövsümdən sonra komandanın oyunçularına gələn təkliflər də onların fikrini yayındırır. Qurban Qurbanov da bunu təsdiq etmişdi. Növbəti mövsüm komandanın daha da güclənəcəyi və yenidən çempionluq mübarizəsində daha inamlı olacağı isə gözləniləndir. Çünki Qurban Qurbanovun heyətdə ciddi dəyişikliklər edəcəyi gözlənilir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 Aprel 2026 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri