“Bu, Cənubi Qafqazda son dövrlər əldə olunmuş sülh irəliləyişlərini hədəf almağa yönəlib”
Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“ABŞ Konqresində 87 ermənipərəst konqresmenin Trampa ünvanladığı müraciət Cənubi Qafqazda son dövrlər əldə olunmuş sülh irəliləyişlərini hədəf almağa yönəlib. Bu təşəbbüs, xüsusilə Trampın neytral mövqeyi və Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxmaması fonunda, erməni lobbisinin narahatlığını əks etdirir”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.
Politoloq əlavə edib ki, müraciət həm də ABŞ daxilində Trampın siyasi nüfuzunu zəiflətmək cəhdidir və bu prosesdə diasporun maliyyə dəstəyi ilə fəaliyyət göstərən, korrupsiya qalmaqalları ilə gündəmə gəlmiş bəzi konqresmenlərin rolu diqqətdən yayınmır: “Bu dairələrin sülhə deyil, qarşıdurmaya maraqlı olduğu açıq görünür. Prezident İlham Əliyevin “Vaşinqton bataqlığı” ifadəsi bu cür sistemli pozuculuğun mahiyyətini dəqiq ifadə edir. Regionda sülhə aparan hər bir təşəbbüs, bu destruktiv müdaxilələrlə zərər görür”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 25 İyul 2025 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















