Icma.az
close
up
RU
Bu cihazlardan istifadə edənlər həbs oluna bilər AÇIQLAMA

Bu cihazlardan istifadə edənlər həbs oluna bilər AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sosial şəbəkələrdə gizli dinləmə cihazlarının, mini kameraların və izləmə qurğularının açıq şəkildə satılması geniş yayılıb. Lakin bu cür avadanlıqların satışı və istifadəsi Azərbaycan qanunvericiliyində ciddi hüquqi məsuliyyət yaradır. Xüsusilə şəxslərin xəbəri və razılığı olmadan səs yazılması, izlənilməsi və ya görüntülənməsi şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması hesab olunur.  
Məsələ ilə bağlı vəkil Cavanşir Qasımov Demokrat.az-a bildirib ki, Azərbaycanda gizli dinləmə cihazlarının və mikrokameraların satışı qanunla ciddi şəkildə qadağandır:
"Bu növ cihazlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına daxildir və onların satışı üçün xüsusi lisenziya tələb olunur. Sosial şəbəkələrdə bu cihazların reklamı və satışı qanunsuzdur, çünki belə vasitələrdən istifadə hüququ yalnız əməliyyat-axtarış fəaliyyəti göstərən dövlət orqanlarına məxsusdur.
Bu avadanlıqların qanunsuz satışı və ya istifadəsi həm inzibati, həm də cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 302-ci maddəsinə əsasən, əməliyyat-axtarış fəaliyyəti üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz əldə edilməsi və ya istifadəsi cərimə, yaxud azadlıqdan məhrum etmə ilə nəticələnə bilər. Eyni zamanda, başqa bir şəxsi gizli dinləmək şəxsi həyatın toxunulmazlığını pozmaq deməkdir ki, bu da qanunla ciddi cəzalandırılır".
O deyib ki, hüquqi baxımdan ən vacib məqamlardan biri də odur ki, gizli yolla əldə edilmiş səs yazıları və ya videolar məhkəmədə sübut kimi qəbul edilmir:
"Azərbaycan Konstitusiyasına görə, şəxsin razılığı olmadan və ya qanuni əsaslar mövcud olmadan aparılan çəkilişlər və dinləmələr hüquqi qüvvəyə malik deyil. Belə cihazları almaq və ya istifadə etmək şəxsi hüquqi risk altına atır",- deyə o qeyd edib.
Yəni, sosial şəbəkələrdə satılan gizli kamera və dinləmə qurğularını almaq və ya onlardan istifadə etmək qanunla qadağandır. Bu əmələ görə həm pul cəriməsi, həm də həbs cəzası nəzərdə tutulur. Üstəlik, gizli çəkilən görüntülər məhkəmədə heç bir işə yaramır.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 May 2026 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri