Icma.az
close
up
RU
"OBA" və "Rahat Market"dən alınan məhsullardan qurd çıxdı GÖRÜNTÜLƏR

"OBA" və "Rahat Market"dən alınan məhsullardan qurd çıxdı GÖRÜNTÜLƏR

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Son günlər sosial şəbəkələrdə müxtəlif çeşidli şokolad və şokolad tərkibli məhsulların içərisindən qurd və digər yad cisimlərin aşkarlanması ilə bağlı görüntülərə rast gəlinir. Bəzi hallarda məhsulların üzərində son istifadə müddətinin hələ başa çatmadığı qeyd olunsa da, onların tərkibində gözlə görünən qurdların olduğu müşahidə edilir. Bu, ilk baxışda bəziləri üçün adi və əhəmiyyət verilməyən hal kimi görünsə də, istehlak etdiyimiz qida məhsullarının sağlamlığımız üçün təhlükəsiz olması olduqca vacib məsələdir.

Son iki gün ərzində marketlərdən alınan şirniyyat məhsullarının yararsız olması ilə bağlı bir neçə şikayət qeydə alınıb. Ramil İkarov adlı vətəndaş "OBA" marketin Binə filialından aldığı konfetdən qurd çıxdığını bildirib. Oxşar halla 1news.az-ın müxbiri də qarşılaşıb. O, "Rahat Market"in Əliaşrəf Əlizadə küçəsi, 72A ünvanında yerləşən filialından aldığı "Roshen" markalı şokoladın içərisində qurd olduğunu deyib. Vətəndaş bununla bağlı görüntülər də paylaşıb.Bu hallar marketlərdə satılan məhsulların keyfiyyəti və onların hansı şəraitdə saxlanılması ilə bağlı ciddi suallar yaradır.

Məsələ ilə bağlı "Bakupost"a "Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin baş icraçı direktoru Seymur Qafarov bildirib ki, bu cür halların əsas səbəblərindən biri məhsulların düzgün şəraitdə saxlanılmamasıdır. Onun sözlərinə görə, məhsulun son istifadə tarixi keçməsə belə, tərkibində zərərvericilərin olması, fiziki çirklənmə və kontaminasiya halları onun saxlanma şəraitinin pozulduğundan xəbər verir:

"Bəzən bu hallar qablaşdırmanın bütövlüyünün pozulması ilə də əlaqəli olur. Belə çirklənmələrin səbəbi təkcə məhsulların düzgün saxlanılmaması deyil. Daşınma zamanı da bir sıra vacib tələblər pozula bilər. Ümumiyyətlə, ərzaq məhsulları öz qablaşdırmalarından əlavə karton qutulara yerləşdirilməli, daşınma və saxlanma zamanı döşəmə ilə birbaşa təmasda olmamalıdır. Məhsullar döşəmədən 10-15 santimetr yüksəklikdə saxlanılmalıdır. Anbarlarda isə divardan ən azı 30 santimetr aralı yerləşdirilməlidir. Bu, hər hansı həşərat və ya gəmirici təması baş verdikdə onun vaxtında aşkarlanması baxımından vacibdir. Bundan əlavə, məhsullar vitrinlərə yerləşdirilərkən qablaşdırmanın vəziyyətinə diqqət yetirilməlidir. Əgər qablaşdırmada deformasiya varsa, bütövlüyü pozulubsa, həmin məhsullar satışa çıxarılmamalı və istehlaka yararsız hesab edilməlidir. Çünki bu cür hallar məhsulun mikrobioloji və fiziki çirklənməsinə şərait yarada bilər".

Ekspert deyir ki, istehlakçılar məhsul alarkən onun istehsal və son istifadə tarixlərinə mütləq diqqət yetirməlidirlər:

"Bu, olduqca vacibdir. Çünki məhsulun son istifadə müddəti hələ başa çatmasa belə, saxlanma qaydalarına əməl edilmədikdə o, öz istehlak keyfiyyətini itirə bilər. Nəticədə insan istehlakı üçün nəzərdə tutulan məhsul zərərvericilər üçün qida mənbəyinə çevrilə bilər. Məhsulların etiket məlumatları diqqətlə oxunmalı, saxlanma və daşınma qaydalarına həm satıcılar, həm də istehlakçılar tərəfindən riayət edilməlidir. Alıcılar məhsulla bağlı hər hansı şikayətlə qarşılaşdıqda isə dərhal müvafiq qaydada müraciət etməli və aldıqları məhsulu qəbzi ilə birlikdə satış nöqtəsinə təqdim etməlidirlər. Bu məsələ “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 15-ci maddəsi ilə tənzimlənir".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 Noyabr 2026 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see395

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see271

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see267

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see262

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see262

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see258

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see256

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see255

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see253

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see252

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see240

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see234

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see232

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see231

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see230

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see230

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see229

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see229

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see228

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri