Bu cihazları uzadıcı ilə qoşmaq olmaz! XƏBƏRDARLIQ
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müasir evlərdə uzadıcılar elektrik cihazlarını enerji ilə təmin etmək üçün geniş istifadə olunur. Lakin onların yanlış istifadəsi ciddi fəsadlara səbəb ola bilər.
BAKU.WS xəbər verir ki, professor, fizika-riyaziyyat elmləri doktoru Aleksey Yurasov xəbərdarlıq edib ki, bir çox yanğın halları məhz uzadıcıların düzgün işlədilməməsi nəticəsində baş verir.
Ekspertin sözlərinə görə, qızdırıcı elementləri və mühərrikləri olan cihazlar (məsələn, tozsoranlar, elektrik radiatorları, konvektorlar, istilik ventilyatorları və mikrodalğalı sobalar) uzadıcı vasitəsilə işlədildikdə kabellərin qızmasına, izolyasiyanın əriməsinə və qısaqapanmaya səbəb ola bilər. Bu cihazların gücü 1000–3000vatt arasında dəyişdiyindən uzunmüddətli işləmə zamanı elektrik şəbəkəsinə həddindən artıq yük düşür.
Yurasov həmçinin soyuducu və dondurucuların, eləcə də paltaryuyan və qabyuyan maşınların uzadıcı ilə qoşulmasının yolverilməz olduğunu bildirib: "Bu avadanlıqlar yalnız güclü və ayrıca elektrik rozetkalarına birbaşa qoşulmalıdır".
Mütəxəssis əlavə edib ki, uzadıcı seçərkən onun texniki göstəricilərinə, güc tutumuna, naqil qalınlığına, torpaqlama və sertifikatlaşdırma səviyyəsinə diqqət yetirmək vacibdir. Cihazın gövdəsindəki qızarma, çat və ya qoxu dəyişiklikləri onun dərhal dəyişdirilməli olduğunun göstəricisidir.
Yurasovun fikrincə, təhlükəsizlik hər şeydən önəmlidir: "Düzgün elektrik bağlantısına qənaət etməyə çalışmaq, nəticədə çox bahalı texnikanı sıradan çıxara və insan həyatı üçün təhlükə yarada bilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 25 Oktyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















