Icma.az
close
up
RU
Bu cihazları uzadıcı ilə qoşmaq olmaz! XƏBƏRDARLIQ

Bu cihazları uzadıcı ilə qoşmaq olmaz! XƏBƏRDARLIQ

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Müasir evlərdə uzadıcılar elektrik cihazlarını enerji ilə təmin etmək üçün geniş istifadə olunur. Lakin onların yanlış istifadəsi ciddi fəsadlara səbəb ola bilər.

Modern.az-ın məlumatına görə, professor, fizika-riyaziyyat elmləri doktoru Aleksey Yurasov xəbərdarlıq edib ki, bir çox yanğın halları məhz uzadıcıların düzgün işlədilməməsi nəticəsində baş verir.

Ekspertin sözlərinə görə, qızdırıcı elementləri və mühərrikləri olan cihazlar (məsələn, tozsoranlar, elektrik radiatorları, konvektorlar, istilik ventilyatorları və mikrodalğalı sobalar) uzadıcı vasitəsilə işlədildikdə kabellərin qızmasına, izolyasiyanın əriməsinə və qısaqapanmaya səbəb ola bilər. Bu cihazların gücü 1000–3000 vatt arasında dəyişdiyindən uzunmüddətli işləmə zamanı elektrik şəbəkəsinə həddindən artıq yük düşür.

Yurasov həmçinin soyuducu və dondurucuların, eləcə də paltaryuyan və qabyuyan maşınların uzadıcı ilə qoşulmasının yolverilməz olduğunu bildirib: “Bu avadanlıqlar yalnız güclü və ayrıca elektrik rozetkalarına birbaşa qoşulmalıdır”.

Mütəxəssis əlavə edib ki, uzadıcı seçərkən onun texniki göstəricilərinə, güc tutumuna, naqil qalınlığına, torpaqlama və sertifikatlaşdırma səviyyəsinə diqqət yetirmək vacibdir. Cihazın gövdəsindəki qızarma, çat və ya qoxu dəyişiklikləri onun dərhal dəyişdirilməli olduğunun göstəricisidir.

Yurasovun fikrincə, təhlükəsizlik hər şeydən önəmlidir: “Düzgün elektrik bağlantısına qənaət etməyə çalışmaq, nəticədə çox bahalı texnikanı sıradan çıxara və insan həyatı üçün təhlükə yarada bilər.”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Oktyabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri