Bu çimərliklərə getməyin XƏBƏRDARLIQ
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Fövqəladə Hallar Nazirliyi tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədar hər il olduğu kimi bu ildə zəruri təhlükəsizlik tədbiri görülüb. Cari ilin aprel ayından etibarən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən sahilboyu ərazilərdə yerli icra nümayəndələrinin iştirakı ilə birlikdə monitorinqlər keçirilib. Monitorinqlərin keçirilməsində əsas məqsəd istifadəyə yararsız, təhlükəli sahələrin müəyyən edilməsi, eyni zamanda çimərlik operatorlarına təhlüksəizlik qaydaları barədə təlimatların təqdim edilməsi olub”.
Turkustan.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili deyib.
O bildirib ki, bundan əlavə, xidmətin nəzarət etdiyi çimərliklərdə, habelə IDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr və sualtı təmizləmə işləri aparılıb:
“Dənizdə üzmə sərhədini müəyyən edən nişanlar quraşdırılıb. Çimərliklərdə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılması üçün lövhələr yerləşdirilib. Eyni zamanda xidmətdə matros xilasedici vəzifələrinə vakant elan edilib. Xidmətin balansında olan xilasetmə vasitələri, o cümlədən dalğıc-axtarış işlərində istifadə edilməsi üçün nəzərdə tutulan avadanlıqlar işlək vəziyyətə gətirilib. Xidmət əməkdaşları may ayının 15-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 03 İyun 2026 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















