Icma.az
close
up
RU
Böyük Qayıdış Azərbaycanın strateji inkişaf mərhələsidir ŞƏRH EDİLDİ

Böyük Qayıdış Azərbaycanın strateji inkişaf mərhələsidir ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Böyük Qayıdış siyasəti Azərbaycanın əslində qarşısında duran və hazırkı mərhələdə həyata keçirdiyi ən böyük məsələlərdən biridir. 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatlarının nəticəsində Azərbaycan işğal altında olan bütün torpaqlarını azad etdi. Təbii ki, torpaqların işğaldan azad edilməsi tarixi bir uğurdur, amma ümumi məsələnin yalnız 50%-lik bir hissəsidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: "Yəni torpaqlar işğaldan azad edilsə də, həmin ərazilərin bərpa prosesi və bununla paralel şəkildə Böyük Qayıdış siyasətinin həyata keçirilməsi tam yekun həllin əsas göstəricisi olmalıdır. Bu gün bərpa prosesi həm dövlətin, həm də dövlətin daxili potensialı hesabına həyata keçirilir və çox qısa zaman ərzində artıq bir çox kənd, qəsəbə və yaşayış məntəqələri vətəndaşların istifadəsinə verilib, yəni bərpa olunub və ilk köç prosesi reallaşdırılıb. Əlbəttə ki, bu, ümumi prosesin hələ də çox kiçik bir hissəsidir. Dövlətimiz daxili potensialı hesabına həm Böyük Qayıdış siyasətini, həm də bərpa prosesini həyata keçirir. Lakin burada təkcə daxili potensial kifayət etmir. Əsas məsələlərdən biri bu ərazilərin minalardan təmizlənməsidir ki, bu da vaxt tələb edir. Minalardan təmizlənmədən sonra ərazidə infrastrukturun yenidən qurulması və tikinti işlərinin aparılması həm texnoloji, həm də maliyyə imkanlarının məhdudluğu səbəbindən zaman tələb edir.

Dövlətimiz bu məsələdə xüsusi prioritet yanaşma sərgiləsə də, ayrılan büdcənin həcmi böyükdür. Buna görə də prosesin mümkün qədər sürətlə həyata keçirilməsi üçün biz cənab Prezidentin xarici səfərlər zamanı xarici şirkətlər, investorlar və tərəfdaş ölkələrin rəhbərləri ilə apardığı danışıqları müşahidə edirik. Bunlar ilk baxışdan tam dərk edilməsə də, ümumi mənzərəyə nəzər saldıqda nə qədər əhəmiyyətli olduğu görünür. Bu, sevindirici haldır ki, ölkə başçısı bu məsələyə xüsusi diqqət ayırır və aktiv maraq nümayiş etdirir. Xarici investisiyaların cəlbi prosesi sürətləndirə, şirkətlərin bölgədə fəaliyyəti isə iş imkanlarının artmasına gətirib çıxara bilər. Bununla yanaşı, infrastrukturun bərpası ilə paralel olaraq keçmiş məcburi köçkünlərin qayıdışı da önəm daşıyır. Dövlət bu sahədə təşkilati proqramlar həyata keçirir və vətəndaşların da marağı açıq şəkildə görünməkdədir.

Mənim müşahidəmə görə, təkcə Qarabağ köçkünləri deyil, qərbi azərbaycanlılar və həmin əraziyə mənsub olmayan şəxslər də bu prosesə maraq göstərirlər. İlkin mərhələdə əsasən yerli sakinlərin qayıdışı həyata keçiriləcək, lakin gələcək mərhələlərdə gənclər, tələbələr və gənc ailələr üçün xüsusi sosial proqramların reallaşdırılması mümkündür. Qayıdış prosesi yalnız insanların fiziki olaraq qayıtması deyil, həm də onların iqtisadi fəaliyyət göstərməsi ilə bağlıdır. Yəni iş yerlərinin yaradılması, təhsil müəssisələrinin açılması həm işçi qüvvəsinin, həm də gənc kadrların bölgəyə marağını artıracaq. Bunlar kompleks siyasət çərçivəsində həyata keçirildikdə nəticələr daha tez özünü göstərəcək.

Xarici şirkətlərin cəlbi bu prosesdə mühüm rol oynayır və domino effekti yarada bilər. Bir şirkətin fəaliyyəti digər şirkətlərin də bölgəyə marağına səbəb ola bilər. Dövlət bu məsələlərdə xüsusi həssaslıq göstərir və proqramlar diqqət mərkəzindədir. Gələcəkdə bu cür tədbirlərin təkcə yerli əhali üçün deyil, burada yaşamaq istəyən bütün şəxslər üçün genişləndirilməsi vacibdir. Qarabağın yalnız bərpası deyil, eyni zamanda gəncləşmiş bir region kimi inkişafı təmin olunmalıdır. Əhalinin sıxlığının balanslaşdırılması, yeni iş və sosial imkanların yaradılması ilə mümkündür ki, bunun əsas vasitələrindən biri də təhsildir.

İşğaldan azad edilmiş ərazilərdə universitet və digər təhsil müəssisələrinin açılması tələbə axınına səbəb olacaq, tələbə axını isə iqtisadi canlanma və sosial inkişaf üçün mühüm stimul verəcək. Bununla yanaşı, tələbələr üçün yaşayış sahələrinin tikilməsi, sosial və mədəni infrastrukturların yaradılması sahibkarları bölgəyə investisiya yatırmağa həvəsləndirəcək. Qarabağ həm turizm, həm də kənd təsərrüfatı sahəsində böyük potensiala malikdir. Artıq bölgədə müasir kənd təsərrüfatı layihələrinin və yeni yaşayış məntəqələrinin yaradıldığını görürük. Qarabağı kənd təsərrüfatında innovasiya mərkəzinə çevirmək, gənc beyinlərin və elmi-texnoloji təşəbbüslərin inkişafı üçün geniş imkanlar açacaq.

Son olaraq qeyd etmək istərdim ki, əvvəllər təklif etdiyim kimi, Afrika və digər regionlardan tələbələrin universitetlərə cəlb edilməsi Qarabağ üçün də tətbiq oluna bilər. Xüsusilə Cənub-Şərqi Asiya və Afrika ölkələrindən tələbələrin qəbul olunması Azərbaycanın iqtisadi, sosial və mədəni təsir gücünü artıracaq və ölkəmizin yumşaq güc siyasətini təşviq edəcək. İnkişaf etmiş ölkələrlə yanaşı, inkişaf etməkdə olan dövlətlərlə də bu formada əlaqələrin qurulması bərpa və qayıdış siyasətinin əsas hədəflərindən biridir'.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Noyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri