“Bu cür açıqlamalar indiki şərtlər altında münasibətlərin normallaşmasına...”
Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“İsrailin diasporla iş üzrə naziri Amiçay Çikli deyib ki, Türkiyə bu gün İsrail dövləti üçün ən ciddi təhlükədir. O bununla kifayətlənməyərək “Türkiyənin təcrid olunması üçün xarici əlaqələrdə hər şeyi etməliyik” ifadəsini işlədib. Türkiyənin Avrasiya, o cümlədən Cənubi Qafqazda və Mərkəzi Asiyada rolu artmaqdadır. İsrailli nazirin sözlərindən isə belə çıxır ki, Tel-Əviv Türkiyənin adı çəkilən bölgələrdə fəallığına maneələr yaratmalıdır”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, bu isə Türkiyə ilə yanaşı Azərbaycanın da milli və təhlükəsizlik maraqlarına ziddir:
“Təəssüf ki, Tel-Əviv Türkiyənin Azərbaycanın strateji müttəfiqi olmasını gözdən qaçırır. İsrail rəsmiləri anlamalıdırlar ki, Türkiyə əleyhinə ağır ifadələr işlətdikcə bu Azərbaycan-İsrail münasibətlərinə də mənfi təsir etməyə başlayacaq. Azərbaycan Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasını istəyir. Ancaq İsrail və Türkiyə rəsmilərinin bir-birlərinin ünvanlarına qarşılıqlı sərt açıqlamaları indiki şərtlər altında münasibətlərin normallaşmasına imkan vermir”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 18 Noyabr 2025 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















