Icma.az
close
up
RU
Hansı cütlüklər münasibətlərində daha çox xoşbəxt olur? (ARAŞDIRMA)

Hansı cütlüklər münasibətlərində daha çox xoşbəxt olur? (ARAŞDIRMA)

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Beynəlxalq alimlər qrupu müəyyən edib ki, oflayn - yəni təhsil, iş və ya dostlar vasitəsilə tanış olan cütlüklər münasibətlərində daha çox xoşbəxtlik və sevgi hissi bildirirlər. 

Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "Telematics and Informatics" jurnalında dərc olunub.

Tədqiqatda 50 ölkədən 10 mindən çox yetkin iştirak edib, onların 6,6 min nəfəri münasibətdə olan şəxslər idi. Alimlər oflayn tanış olanlarla onlayn - yəni sayt və tanışlıq tətbiqləri vasitəsilə görüşənlərin münasibətlərini müqayisə ediblər.

Məlum olub ki, onlayn tanış olan cütlüklərdə münasibətlərdən məmnunluq səviyyəsi aşağı, sevginin üç əsas komponenti - yaxınlıq, ehtiras və xüsusilə də sadiqlik daha zəifdir. Bu fərqlər yaş, münasibətin müddəti və sosial-iqtisadi vəziyyət nəzərə alındıqdan sonra da qalmaqda davam edib.

Fərqlərin kişilərdə və 33 yaşdan yuxarı şəxslərdə daha qabarıq olduğu qeyd olunub. Qadınlarda və gənc iştirakçılarda isə kontrast daha zəif müşahidə olunub.

Araşdırmaya rəhbərlik edən Vrotslav Universitetinin "Being Human" laboratoriyasından Marta Koval vurğulayıb ki, bu nəticələr onlayn tanış olan cütlüklərin uğursuzluğa məhkum olduğu anlamına gəlmir:

"Bir çox insan internetdə uzunmüddətli və xoşbəxt münasibətlər qurur. Amma orta hesabla oflayn tanış olanlar daha yüksək məmnunluq və güclü sevgi barədə daha tez-tez danışırlar".

Mütəxəssislər hesab edirlər ki, bu fərqlərə onlayn tanışlıqların xüsusiyyətləri təsir edə bilər: seçim bolluğu, tərəfdaşların mədəni və sosial mənşəyində oxşarlığın azlığı, eləcə də gözləntilərlə reallığın üst-üstə düşməməsi.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Avqust 2025 23:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri