Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
ABŞ-də aparılan araşdırmada revmatoid artritin müalicəsində istifadə olunan upadasitinib preparatının ağır ocaqlı alopesiya zamanı saçların yenidən çıxmasına kömək edə biləcəyi müəyyənləşib.
Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri JAMA Dermatology jurnalında dərc olunub.
Tədqiqatda baş dərisində saçlarının ən azı yarısını itirmiş 1399 yeniyetmə və böyüklər iştirak edib.
Məlumata görə, iştirakçılara gündəlik 15 və ya 30 milliqram upadasitinib verilib. Müalicənin 24-cü həftəsində 15 milliqram qəbul edənlərin təxminən yarısında baş dərisinin ən azı 80 faizində saçların yenidən çıxması müşahidə olunub. 30 milliqramlıq doza qəbul edənlərdə isə bu göstərici 54 faizdən çox olub.
Plasebo qəbul edən iştirakçıların isə yalnız təxminən 2 faizində nəzərəçarpacaq saç bərpası qeydə alınıb.
Bəzi xəstələrdə nəticələr daha yüksək olub. İştirakçıların üçdə birindən çoxunda saçların demək olar ki, tam bərpa edildiyi, bəzi xəstələrdə isə qaş və kirpiklərin də yenidən çıxdığı bildirilib. İlk nəzərəçarpacaq dəyişikliklər müalicəyə başladıqdan təxminən səkkiz həftə sonra müşahidə edilib.
Alimlərin fikrincə, upadasitinib iltihab prosesində iştirak edən immun sistem siqnallarını zəiflədir. Ocaqlı alopesiya zamanı isə immun sisteminin saç follikullarına hücumu saç tökülməsinə səbəb olur. Preparatın bu mexanizmə təsir göstərməsi saçların yenidən uzanmasına şərait yarada bilər.
Araşdırmada ən çox rast gəlinən yan təsirlər arasında sızanaq, soyuqdəymə əlamətləri və boğazda qıcıqlanma qeyd olunub. Ciddi əlavə təsirlərə isə nadir hallarda rast gəlinib.
Tədqiqat müəllifləri hesab edirlər ki, nəticələr upadasitinibin ağır ocaqlı alopesiya olan böyüklər və yeniyetmələr üçün potensial müalicə variantı kimi nəzərdən keçirilməsinə imkan verir.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:310
Bu xəbər 31 Avqust 2026 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















