Icma.az
close
up
RU
Bu dərmanın nə koronavirus, nə də metapnevmovirusa təsiri yox imiş ŞOK AÇIQLAMA

Bu dərmanın nə koronavirus, nə də metapnevmovirusa təsiri yox imiş ŞOK AÇIQLAMA

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Virus infeksiyalarının hökm sürdüyü payız-qış aylarında insanların əczaxanalardan soruşduğu və aldığı əsas dərmanlar antibiotiklərdir. Sözsüz ki, əhali arasında belə bir düşüncə var ki, qripə və ya buna bənzər hansısa virusa yoluxan zaman antibiotik içmək onu müalicə edir. Əslində, araşdırmalar, eyni zamanda həkim rəyləri bunun mif olduğunu təsdiqləyir. Eyni zamanda, yersiz istifadə edilən antibiotiklərin faydadan daha çox ziyan verdiyi məlum olur.

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə danışan infeksion xəstəlikləri və klinik mikrobiologiya uzmanı Dr. Vasif Əliyev bildirib ki, istənilən virus infeksiyaları zamanı insanlar həkim məsləhəti olmadan əczaxanadan antibiotik alıb içirlər.

"Əslində, antibiotik dediyimiz preparatlar anti-bakterial preparatlardır. Bunlar sadəcə bakteriyaya təsir göstərir. Yəni hər hansı bir virusa təsiri yoxdur. İstər koronavirus olsun, istər qrip olsun, istər metapnevmovirus olsun, bunların heç birinə antibakterial preparatların effektivliyi, təsiri yoxdur. Hər bir antibiotikdən gərəksiz istifadə allergik reaksiyalara səbəb ola bilər.

Hər bir antibiotikin özünün qaraciyər, böyrək toksikliyi, bəzilərinin ürəyə toksik təsiri var. Yəni daxili orqanlara mənfi təsir edir. Bunlardan da əlavə, gərəksiz antibiotik istifadə etmək həm maddi ziyandır, həm də ən böyük problem bu antibiotiklərə qarşı rezistentliyin yaranmasıdır.

Gələcəkdə antibiotik istifadə etmək ehtiyacı yarandığı zaman biz bu bəsit antibiotiklərdən istifadə edə bilməyəcəyik. Çünki ona qarşı artıq rezistentlik yaranır. Bu rezistentlik də bir bakteriyadan digər bakteriyaya, bir insandan digər insana rahatlıqla ötürülə bildiyinə görə, gələcəkdə çətinliklər yaranacaq. Ciddi bir infeksiya olduğu zaman həmin şəxs məcbur olacaq ki, xəstəxana şəraitində yataraq və daha güclü, hətta yan təsirləri belə daha çox olacaq antibiotiklər istifadə etsin",- deyə həkim əlavə edib.

O qeyd edib ki, antibiotikdən gərəksiz istifadədən qaçmaq lazımdır:

"Mən məsləhət görürəm ki, ümumiyyətlə, gərəksiz antibiotikdən istifadə etməkdən qaçaq. Eyni zamanda, həkim məsləhəti olmadan hər hansı bir antibiotik istifadə olunmasın. Əgər antibiotik istifadəsinə ehtiyac yaranıbsa, bunun həkim nəzarəti altında olması daha doğrudur.

Viruslarda antibiotikin hər hansı bir faydası yoxdur. Virus infeksiyasına yoluxan xəstələr başqa insanı yoluxdurmamaq üçün mütləq ev şəraitində istirahət etməli, evdə izolyasiya şəraitində qalmalı, bol maye qəbul edib hərarət salıcı dərmanlardan istifadə etməlidirlər".

Uşaqlara yersiz antibiotik qəbul etdirmək onların sağlamlığına necə təsir edir?

Bu barədə Trend-ə danışan pediatr Aytən İsmayılzadə bildirib ki, uşaqlara gərəksiz şəkildə antibiotik vermək qəti qadağandır.

"Çünki uşaqlara vaxtından əvvəl antibiotik veriləndə immunitet zəyifləyir, bu zaman da virusla mübarizə zəyifləyir. Daha sonra bakterial ağırlaşmalar baş verir. Bu zaman təkrar antibiotik verilməsinə ehtiyac duyulur. Yersiz antibiotik veriləndə, əgər daha sonra, həqiqətən də, antibiotikə ehtiyac yaranarsa, bu zaman uşaq ikiqat artıq doza almış olur. Bunun da əlavə təsirləri daha çox olacaq.

Buna görə də valideynlərə məsləhətim budur ki, hər virus infeksiyası baş qaldıran kimi antibiotikə qaçmasınlar. Həkimlə məsləhətləşsinlər. Uşaqlara antibiotik həkim məsləhəti ilə, həkimin təyin etdiyi zamanda və miqdarda verilməlidir. Eyni zamanda, antibiotikin təyin edilməsi üçün qan analizlərinə ehtiyac var. Qan analizində bəzi testlər var ki, antibiotik göstəricisini təyin edir. İltihabi göstəricilərin yüksəlməsinə əsasən antibiotik məsləhət görülür", - deyə o qeyd edib.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 Yanvar 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see274

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see207

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see126

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri