Icma.az
close
up
RU
Bu dondurmaları almayın DİQQƏT!

Bu dondurmaları almayın DİQQƏT!

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yay mövsümünün yaxınlaşması ilə dondurmaya olan tələbat da artır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, dondurma süd məhsulu olduğuna görə yüksək risk qrupuna aid edilir və onun düzgün saxlanılmaması ciddi fəsadlara yol aça bilər.

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Metbuat.az-a açıqlamasında bildirib ki, dondurma alarkən ilk növbədə məhsulun istehsal tarixi və mənşəyi yoxlanmalıdır:

“İstehlakçılar keyfiyyəti təsdiqlənmiş, mənşəyi məlum olan, yeni istehsal olunmuş dondurmaları seçməlidirlər. Eyni zamanda, mağazalarda dondurmaların saxlandığı soyuducuların temperaturu -18°C və ya daha aşağı olmalıdır. Soyuducunun içində yalnız dondurma saxlanılmalı, digər ərzaq məhsulları ilə eyni yerdə yerləşdirilməməlidir. Əks halda “mal qonşuluğu prinsipi” pozularsa, mikroorqanizmlərin çoxalması sürətlənir və bu da məhsulun keyfiyyətinə birbaşa təsir göstərir”.

Mütəxəssisin sözlərinə görə, dondurmanın saxlanma temperaturu sabit olmalıdır. Soyuducunun qapısının tez-tez açılıb-bağlanması və temperaturun dəyişməsi məhsulun strukturunun pozulmasına, təkrar donma nəticəsində təhlükəli hala gəlməsinə səbəb ola bilər.

“Dondurmanın üzərində buz kristallarının yaranması onun əridilib yenidən dondurulduğuna işarədir. Bu isə zəhərlənmə riskini ciddi şəkildə artırır. Qışdan qalan dondurmalar əgər -18°C-də sabit şəraitdə saxlanılıbsa və qablaşdırması zədələnməyibsə, təhlükə yaratmaya bilər. Lakin hər hansı qablaşma dəyişiklikləri, sonradan yapışdırılmış stikerlər, zədələnmiş və ya şişmiş qablar həmin məhsulun riskli olduğunu göstərir”.

O, həmçinin qeyd edib ki, uzun yol qət edəcək və ya məhsulu dərhal istifadə etməyəcək kəslər alış-veriş zamanı dondurmanı sonuncu almalı və daşıma zamanı buzla təmin etməlidirlər. Əks halda məhsulun keyfiyyəti itə və sağlamlığa ziyan vura bilər.

“Çox zaman görürük ki, alınan dondurma bir müddət açıq havada qalır, sonra soyuducuya qoyulub yenidən dondurulur. Bu, məhsulun keyfiyyətini ciddi şəkildə azaldır və mədə-bağırsaq pozuntuları ilə nəticələnə bilər. Bu səbəbdən dondurma alarkən diqqətli olmaq, onun görünüşündə, qoxusunda və qablaşmasında hər hansı dəyişiklik olub-olmadığını mütləq yoxlamaq vacibdir”, – deyə M.Hüseynova əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 May 2025 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri