Icma.az
close
up
RU
DİQQƏT! Bu cür suları almayın EKSPERT AÇIQLADI

DİQQƏT! Bu cür suları almayın EKSPERT AÇIQLADI

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Suların binalara verilməsi həm mənbəyinə, həm də təmizlənmə üsullarına görə əhəmiyyətli dərəcədə fərqlənir və bu proseslər insan sağlamlığına birbaşa təsir göstərir. Köhnə binalarda istifadə olunan su əsasən xlor və ya digər kimyəvi maddələrlə dezinfeksiya olunur”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, bu maddələr sanitar normalara uyğun miqdarda tətbiq edilməlidir, çünki normadan artıq istifadə edildikdə suyun dadı və qoxusu dəyişir, uzunmüddətli istifadədə isə sağlamlıq üçün risk yarada bilər:

”Eyni zamanda köhnə binalarda su borularının aşınması, paslanması və daxili səthində çöküntülərin yaranması suyun yenidən çirklənməsinə səbəb olur. Bu cür halların qarşısının alınması üçün mütəmadi texniki baxışların keçirilməsi və boru sistemlərinin yenilənməsi vacibdir.

Yeni binalarda isə adətən su anbarları və hidrofor sistemləri mövcud olur. Bu sistemlər düzgün istismar edildikdə fasiləsiz və sabit su təchizatını təmin edir. Lakin su anbarları və hovuzlar vaxtında təmizlənmədikdə, dezinfeksiya olunmadıqda suda çöküntülər, bakteriyalar və mamırlanma yarana bilər. Belə suyun məişətdə və xüsusilə içməli məqsədlər üçün istifadəsi orqanizmə ciddi zərər verə, mədə-bağırsaq xəstəliklərinə və digər infeksiyalara yol aça bilər. Buna görə də yeni binalarda da texniki xidmət, sanitar-gigiyenik nəzarət və mütəmadi analizlər xüsusi əhəmiyyət daşıyır.

Digər vacib məsələ suyun filtrasiya prosesidir. Filtrlər suyun mexaniki çirklərdən təmizlənməsinə, ağır metalları və xlor qoxusunu azaltmağa kömək edir. Bu, həm suyun keyfiyyətini yüksəldir, həm də gündəlik istifadədə daha rahat olmasını təmin edir. Lakin filtrlər müəyyən müddətdən sonra öz funksiyasını itirir və vaxtında dəyişdirilmədikdə əksinə, mikroorqanizmlərin çoxalması üçün risk mənbəyinə çevrilir. Buna görə də filtr sistemlərinin istehsalçı tövsiyələrinə uyğun şəkildə dəyişdirilməsi vacibdir.

Bu gün evlərə və ofislərə sifariş olunan qablaşdırılmış içməli sular isə, əgər onların mənşəyi, istehsalçısı və keyfiyyət sertifikatları məlumdursa, daha etibarlı hesab olunur. Belə suların laboratoriya nəzarətindən keçməsi və sanitar normalara uyğun istehsal olunması onları gündəlik içmə üçün daha yararlı edir. Ümumilikdə isə istər mərkəzləşdirilmiş su təchizatı, istərsə də alternativ su mənbələri olsun, əsas məqsəd insan sağlamlığını qorumaq üçün suyun keyfiyyətinə davamlı nəzarətin təmin edilməsidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Dekabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see462

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see330

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see307

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see278

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see249

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see248

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see244

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see244

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see234

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see220

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see208

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see207

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see205

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see203

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see200

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see199

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see197

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see196

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see190

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri