“Bu, dövlətimizin jurnalist əməyinə verdiyi yüksək qiymətin təzahürüdür”
Icma.az bildirir, Moderator.az portalına istinadən.
“Çoxlu sayda jurnalistin “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi dövlətimizin jurnalistlərin əməyinə və xidmətinə verdiyi yüksək qiymətin təzahürüdür”.
Bunu Moderator.az-a açıqlamasında professor Cahangir Məmmədli bildirib. Ekspert qeyd edib ki, Azərbaycan jurnalsitləri bütün kritik məqamlarda dövlətin və xalqın yanında olduğunu sübut edib:
“Jurnalistlərimiz hər zaman – bütün həlledici məqamlarda dövlətimizin və xalqımızın yanında olub, milli maraqlarımızı qətiyyətlə müdafiə ediblər. Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsində yaşananlar buna nümunədir. Hər iki müharibədə Azərbaycan jurnalisti Azərbaycan əsgəri ilə eyni səngəri bölüşdü, düşmənin vəhşiliklərini, əsgərlərimizin qəhrəmanlıqlarını ön xətdən bütün dünyaya çatdırdı. Media nümayəndələrimiz qorxu bilmədən, yorulmadan, usanmadan öz vəzifə borclarını layiqincə yerinə yetirdilər. Bu faktın özü jurnalistlərimizin fədakar fəaliyyətinin isbatıdır.
Mən jurnalistlərimizin əmyinə verdiyi yüksək qiymətə görə dövlətimizə, Prezidentimizə, Medianın İnkişafı Agentliyinə öz təşəkkürümü bildirirəm. İnanıram ki, dövlətimizin media nümayəndələrimizə göstərdiyi bu etimad onların bundan sonrakı fəaliyyətləri üçün ciddi sitimul olacaq, jurnalistlərimizi yeni uğurlra həvəsləndirəcək”.
Seymur ƏLİYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 22 Dekabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















