Icma.az
close
up
RU
Ekspert: Bu, Prezident İlham Əliyevin gənclərə verdiyi strateji dəyərin bariz təzahürüdür

Ekspert: Bu, Prezident İlham Əliyevin gənclərə verdiyi strateji dəyərin bariz təzahürüdür

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Prezident İlham Əliyevin imzaladığı son qərarla 2025-ci il sentyabrın 1-dən tələbə təqaüdlərinin növbəti dəfə artırılması, dövlətin təhsilə və gənclərə olan qayğısının növbəti bariz nümunəsidir. Bu, sadəcə rəqəmlərin yenilənməsi deyil – bu, Prezidentin Azərbaycan gəncliyinə verdiyi yüksək dəyərin, onların sosial rifahını yaxşılaşdırmaq və elmi-intellektual potensialını dəstəkləmək istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin real nəticəsidir”.
Bunu Demokrat.az-a açıqlamasında tanınmış təhsil eksperti Kamran Əsədov deyib. 
O bildirib ki, bu gün dünyanın bir çox ölkəsində tələbələr təhsil xərclərini qarşılamaq üçün həm təhsil alır, həm də çalışmaq məcburiyyətində qalırlar:
“Halbuki Azərbaycan dövlətinin rəhbəri tələbələrin sosial təminatını gücləndirməklə onların yalnız və yalnız oxumağa, elmə və inkişaf etməyə fokuslanmasını təmin edir. Təqaüdlərin bu şəkildə artımı dünya miqyasında nadir hallarda rast gəlinən bir yanaşmadır və bu, Prezident İlham Əliyevin gənclərə verdiyi strateji dəyərin bariz təzahürüdür. Yeni məbləğlər həm bakalavr, həm magistratura, həm də doktorantura pillələrində təhsil alan tələbələr üçün nəzərəçarpacaq bir artımdır. Məsələn, bakalavriat səviyyəsində 200 manat təqaüd alan tələbə, orta aylıq xərclərinin əhəmiyyətli hissəsini qarşılaya biləcək. Magistrantlar üçün 240 manatlıq təqaüd, onların həm təhsil resurslarına çıxışını, həm də elmi-tədqiqatla məşğul olmasını dəstəkləyəcək. Doktorantlara ayrılan 450 manatlıq təqaüd isə gənc alimlərin elmi fəaliyyətini stimullaşdırmaq baxımından əhəmiyyətli irəliləyişdir. Bu təqaüd siyasəti eyni zamanda təhsildə motivasiya və rəqabət mühitini gücləndirir. Akademik göstəricilərlə fərqləndirilmiş təqaüd sisteminin tətbiqi tələbələri daha məsuliyyətli olmağa, yüksək nəticələr göstərməyə təşviq edir”.
Ekspert əlavə edib ki, bu da son nəticədə ali və orta ixtisas təhsili müəssisələrində tədrisin keyfiyyətinə müsbət təsir göstərir:
“Təhsildə bu cür nəticəyönümlü yanaşma, tələbənin bilik və bacarığının sosial rifahla birbaşa əlaqələndirilməsi müasir dünyanın ən qabaqcıl təhsil sistemlərində belə hələ tam şəkildə tətbiq olunmur. Prezident İlham Əliyev gənclərə, təhsil alanlara sadəcə sosial qrup kimi deyil, ölkənin gələcəyini daşıyan strateji resurs kimi yanaşır. Onun təhsil islahatlarında əsas məqsəd savadlı, düşünən, innovativ, vətənpərvər və rəqabətə davamlı vətəndaşların yetişdirilməsidir. Bu təqaüd artımı da bu məqsədə xidmət edən ardıcıl siyasətin bir hissəsidir. Nəticə etibarilə, bu qərar bir daha göstərir ki, Prezident İlham Əliyev təhsili və gəncləri yalnız siyasi ritorikada deyil, konkret qərar və maliyyə dəstəyi ilə prioritet mövqeyə çıxarır. Təhsilə bu qədər dəyər verən, tələbəni bu səviyyədə dəstəkləyən dövlət başçısı dünyada azdır. Bu, təkcə maddi yardım deyil, gənclərə inamın, etimadın və gələcəyə sərmayənin göstəricisidir. Azərbaycan gəncliyi bu diqqəti dəyərləndirəcək, ölkənin inkişafında öz rolunu daha da gücləndirəcək. Prezident İlham Əliyevin təhsilə qayğısı bir daha sübut edir ki, bu dövlətin əsas dayağı insan kapitalı, onun da əsas təminatçısı isə vicdanlı və strateji düşüncəli rəhbərlikdir”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 İyul 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri