Icma.az
close
up
RU
Bu dünya nərdivandır... Xalq şairi Nəriman Həsənzadə ilə son vida

Bu dünya nərdivandır... Xalq şairi Nəriman Həsənzadə ilə son vida

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kulis.az müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, “Heydər Əliyev” mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxalq Muğam Mərkəzində keçirilən vida mərasimindən reportajı təqdim edir.

Bu gün Azərbaycanın söz və sənət dünyası son illərin ən böyük itkilərindən birini – Xalq şairi, mütəfəkkir sənətkar Nəriman Həsənzadənin fiziki ayrılığını kövrək bir ehtiramla yaşayır.

Ötən gün uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada 95 yaşında vəfat edən şairlə vida mərasimi bu gün Dənizkənarı Milli Parkın sahilində, milli ruhumuzu tərənnüm edən Beynəlxalq Muğam Mərkəzində keçirilirdi.

Zala daxil olan hər kəs ağır matəm sükutuna qərq olurdu. Səhnənin mərkəzində yüksələn fəxri kürsüdə, güllərlə və dövlət qurumlarının, sənət dostlarının, yaxınlarının göndərdiyi çoxsaylı çələnglərlə əhatələnmiş postament üzərində şairin nəşi yerləşdirilmişdi. Postamentin hər iki tərəfində Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın adından göndərilmiş əklillər, şairin xatirəsinə dövlət səviyyəsində göstərilən ali ehtiramın rəmzi kimi ilk baxışdan nəzərə çarpırdı. Divardan asılmış portretdə isə Nəriman müəllim, hər zamankı kimi, həyatsevər və nikbin bir təbəssümlə son dəfə onu son mənzilə uöurlamağa gələnlərə boylanırdı.

Səhər saat 11-dən başlayaraq mərkəzin binasına yüzlərlə insan axın edirdi. Milli Məclisin deputatları, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, şairin qələm yoldaşları və sadə oxucular – hər kəs Azərbaycan poeziyasının bu görkəmli nümayəndəsinə son borcunu yerinə yetirmək üçün gəlmişdi. İzdiham içərisində hər kəsin simasında ləyaqətli bir hüzn və şairin irsinə olan dərin hörmət hiss olunurdu.

Mərasim başlamazdan əvvəl zalda həzin musiqi səsləndi, ardından çıxışlar başlandı. Natiqlər Nəriman Həsənzadənin sənət ucalığını, insani keyfiyyətlərini və Azərbaycan tarixi ilə bağlı misilsiz xidmətlərini kövrək bir dillə xatırladılar.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova nazir Adil Kərimlinin adından mərhumun ailə üzvlərinə başsağlığı verərək, şairin yaradıcılığının əsas missiyasını vurğuladı: “Nəriman Həsənzadə bütün yaradıcılığı boyu milli-mənəvi dəyərlərimizin yorulmaz tərənnümçüsü və təbliğatçısı olub”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında kövrək notlara toxundu: “Nərimanla bizi uzun illərin xoş münasibəti bağlayırdı. Son günlərə qədər onunla telefonla danışrıdıq, əlaqə saxlayırdıq”. O, şairin erkən yaradıcılığından etibarən fəal mövqeyini və xalqa xidmətini yüksək qiymətləndirdi: “Yazıçılar və şairlər bir baxımdan xoşbəxt insanlardır. Çünki onlar yaratdıqları əsərlərlə tarixdə qalırlar. Bu gün Nəriman Həsənzadə fiziki olaraq aramızdan ayrılsa da, onun xidmətləri, zəngin ədəbi irsi və şəxsiyyəti həmişə xalqımızın yaddaşında yaşayacaq”.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli şairin ədəbiyyatımızda tutduğu tarixi mövqeyi geniş təhlil etdi. O, Nəriman Həsənzadəni 50-ci illər nəslinin Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Nəbi Xəzri, İsa Muğanna, Fərman Kərimzadə kimi korifeyləri ilə eyni sırada yad etdi: “O, həmin görkəmli söz adamları ilə birlikdə sovet ideologiyasının sərt qəliblərini yumşaldaraq Azərbaycan ədəbiyyatını real ictimai həyata yaxınlaşdıran qüdrətli sənətkarlardan biri olub. Bu mənada, mənim fikrimcə, Nəriman Həsənzadənin yaradıcılığı özündən əvvəlki 30-40-cı illər ədəbi nəsli ilə ədəbiyyatımızda yeni meyil formalaşdıran 60-cılar nəsli arasında körpü funksiyasını yerinə yetirib".

İsa Həbibbəyli qeyd etdi ki, Nəriman Həsənzadə taleyin ona verdiyi möhlət ərzində 60-cılar nəslinin nümayəndələri ilə çiyin-çiyinə müstəqillik dövrünün ideallarına xidmət edib, hələ sovet dövründən başlayaraq böyük ədəbiyyatın formalaşmasında yaxından iştirak edib. Onun sözlərinə görə, şair Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və azərbaycançılıq ideallarına, eləcə də ədəbiyyata sədaqətin parlaq nümunəsini nümayiş etdirib. "Nəriman Həsənzadə təpədən dırnağa qədər lirika hadisəsi idi. Onun yadda qalan yüzlərlə səmimi və həzin şeiri ilə yanaşı, nitqi, danışığı, təhkiyəsi, hətta nəfəsi belə lirika ilə yoğrulmuşdu, – deyə AMEA prezidenti vurğuladı.

Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov isə şairin tarixə və milli düşüncəyə sadiqliyindən danışdı: “Nəriman Həsənzadə öz xalqının taleyini tarixçilərdən də yaxşı bilirdi. Ümumiyyətlə, o, tarixin nə olduğunu bilirdi. O dövlətimizin yüksəlişi üçün əlindən gələni etmişdi. Nəriman Həsənzadə minillik Azərbaycan poeziyasının və ədəbiyyatının ən böyük hadisələrindən biridir".

Nizami Cəfərov bildirib ki, Nəriman Həsənzadənin yaradıcılığı Azərbaycan insanının bədii təfəkkürünün və istedadının ən yüksək nümunələrindən biridir: "Onun yazdıqları və yaratdıqları Azərbaycan insanının istedadının, bədii yaradıcılıq imkanlarının ən yüksək mərhələsini əks etdirir. Nəriman Həsənzadənin dili mükəmməl Azərbaycan dilidir. O, həm fərdiliyi, həm ədəbiliyi, həm də mütəfəkkir düşüncəsi ilə seçilir".

N.Cəfərov qeyd etdi ki, Xalq şairi yaradıcılığında Azərbaycan tarixini və milli düşüncəni ön plana çəkib: "Nəriman Həsənzadə Azərbaycan xalqını, ictimai fikrini və milli düşüncəsini tarixə bağlayırdı. Təsadüfi deyil ki, onun "Nəriman" poeması, digər poemaları və dramatik əsərləri tarixi mövzular üzərində qurulub". Onun sözlərinə görə, Xalq şairinin zəngin irsi gələcək nəsillərin milli ruhda formalaşmasına da xidmət edəcək: "Mən inanıram ki, bu böyük sənətkarın, mütəfəkkirin yaradıcılığı bundan sonra da yeni nəsillərin yetişməsinə, əsl azərbaycanlı düşüncəsinin formalaşmasına təsir göstərəcək. Çünki Nəriman Həsənzadə başdan-ayağa sağlam və milli düşüncənin məhsulu idi".

Nizami Cəfərov əlavə edib ki, Nəriman Həsənzadə dövlətçilik ideyalarına daim sadiq qalıb: "Nəriman Həsənzadə milliliyi ilə yanaşı, böyük dövlətçi sənətkar, mütəfəkkir və ziyalı idi. O, öz dövlətini sevirdi və onun yüksəlişi üçün əlindən gələni edirdi. Təsadüfi deyil ki, Heydər Əliyev, İlham və Mehriban Əliyeva Nəriman Həsənzadəyə dövlətçilik düşüncəmizin ən böyük tərənnümçüsü və təhlilçisi kimi yanaşırdılar və təsadüfi deyil ki, Nəriman müəllim dövlətin ən ali mükafatlarına layiq görülüb. Nəriman müəllimin dövlətimizin ən ali mükafatlarına layiq görülməsi əsl şairin, mütəfəkkirin taleyidir. Allah rəhmət eləsin!"

Mədəniyyət nazirinin müşaviri, yazıçı Orxan Fikrətoğlu şairin misraları ilə vida ovqatını təsvir etdi: “‘Bu dünya nərdivandır, qalxanda mehribandır, enəndə nə yamandır...". Mərhum Nəriman Həsənzadənin bu gözəl misraları bizim ovqatımızda şəkillənir. Nəriman Həsənzadə taleyi olan və taleyini yaşayan bir insan idi. O 50-ci illərin bizə qədər gəlib çatmış son korifey nümayəndəsi idi. Nəriman müəllim mehr-məhəbbət, insaf-mürvət kimi ali keyfiyyətlərə malik idi. Nəriman Həsənzadə həqiqətən də bir epoxa idi. Düşünürəm ki, Nəriman Həsənzadənin böyüklüyü nəzakəti poeziyasına da keçdiyinə görə daim yaşayacaq”.

Xalq şairi Vahid Əziz isə şairin daxili dünyasından və nikbinliyindən bəhs etdi: “Onun üzündən təbəssüm əskik olmurdu. O, əzablarını içinə çəkirdi, heç kimə hiss etdirmirdi. Mən Nəriman müəllimlə qonşu, həmkar, dost olmuşam. Nəriman müəllim sadəcə şair deyildi, tarix, təbiət, sevgi, gözəllik şairi idi. Nəriman müəllim həmişə xalqın yaddaşında yaşayacaq”.

Sonda ailə üzvləri adından çıxış edən oğlu Nazim Həsənzadənin sözləri mərasimin ən kövrək anı oldu: “Atam mənim dünyam idi. Mən dünyamı itirmişəm. 1986-cı ildə anam rəhmətə gedəndən sonra biz həmişə bir yerdə idik- son gününə kimi...”.

Nazim Həsənzadə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya atasının yaradıcılığına hər zaman göstərdikləri yüksək diqqət və qayğıya, eləcə də vida mərasimində iştirak edən hər kəsə minnətdarlığını bildirdi.

Vida mərasimi başa çatdıqdan sonra Xalq şairinin cənazəsi Beynəlxalq Muğam Mərkəzinin binasından göz yaşları və dərin bir ehtiram sükutu ilə qaldırıldı. Azərbaycan sözünün, sənətinin ustadı, xalqın şairi Birinci Fəxri xiyabanda, Azərbaycanın digər görkəmli övladlarının yanaşı uyuduğu müqəddəs məkanda dəfn edildi.

O anlarda hər kəsin qəlbində eyni bir pıçıltı dolaşırdı: Böyük şairlər əslində heç vaxt ölmürlər, bədii irslərini gələcək nəsillərə əmanət edib öz əbədi poeziya dənizinə qovuşurlar. Nəriman Həsənzadə də fiziki ömrünü tamamlayıb getdi, amma geridə sevgi dolu bir ömür, millətinə bağışlanmış bütöv bir tarix və həzin lirikası ilə daimi yaşayacaq bir söz dünyası qoyub getdi.

O, öz misrasında dediyi kimi, bu nərdivan dünyanın ən uca, ən işıqlı pilləsində – xalqının qəlbində əbədi məskən saldı.

Onun fiziki ömrü başa çatsa da, mütəfəkkir düşüncəsi, həzin lirikasının ruhu və azərbaycançılıq idealları ilə dolu zəngin ədəbi irsi xalqın yaddaşında əbədi yaşayacaq.

Belə günlərdən biri - Qabriel Qarsia Markesin hekayəsi "İntizar dağ boyda, ümid bir tikə..." - Hədiyyə Şəfaqət "Yol ayrıcında cəngavər", "Yeraltı dünyanın üç şahzadəsi", "Uçan xalça" - Məşhur rəssamın ən yaxşı 10 əsəri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://kulis.az
archiveBu xəbər 02 Avqust 2026 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri