Icma.az
close
up
RU
“Bu əlaqələr regionlar arasında dialoqun genişlənməsinə kömək edir”

“Bu əlaqələr regionlar arasında dialoqun genişlənməsinə kömək edir”

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq arenada fəal bir siyasət yürütməsi, xüsusilə Afrika ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi, ölkənin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Bu əlaqələr yalnız iqtisadi və siyasi sahələrdə deyil, həm də mədəni, təhsil və humanitar sahələrdə də genişlənir. Azərbaycan 1992-2012-ci illər ərzində Afrika qitəsindəki bir çox ölkə ilə diplomatik münasibətlər quraraq bu regionla əməkdaşlığın əsasını qoyub. Bu münasibətlər yalnız ikitərəfli deyil, həm də BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər beynəlxalq platformalarda çoxtərəfli əməkdaşlıqla dəstəklənir”.

Bu sözləri Xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu söyləyib.

Politoloqun sözlərinə görə, Afrika ölkələri ilə iqtisadi əlaqələrin gücləndirilməsi Azərbaycan üçün yeni bazar imkanları yaradır, xüsusilə enerji, kənd təsərrüfatı, infrastruktur və texnologiya sahələrində əməkdaşlıq potensialını yüksəldir: “Azərbaycanın enerji resurslarının idarə edilməsi təcrübəsi Afrika ölkələri üçün nümunəvi ola bilər. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi uğrunda apardığı yüksək siyasət bir çox Afrika ölkəsi üçün maraqlıdır. Xüsusilə, Azərbaycanın Qarabağ münaqişəsinin həlli yolu ilə bağlı təcrübəsi digər regionlar üçün də maraqlıdır".

E.Telmanoğlu qeyd edib ki, Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun Azərbaycana rəsmi səfəri bu əlaqələrin daha da dərinləşməsi üçün mühüm fürsətdir: “Afrika ölkələri ilə əlaqələrin daha da genişləndirilməsi Azərbaycanın beynəlxalq arenada müstəqil və əzmkar siyasət yeritməsinin bariz nümunəsidir. Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı yalnız iqtisadi və siyasi mənfəətlər deyil, həm də qarşılıqlı hörmət və anlaşma əsasında qurulan uzunmüddətli münasibətlərdir. Bu əlaqələr Azərbaycanın beynəlxalq arenada mövqeyini daha da möhkəmləndirir və regionlar arasında dialoqun genişlənməsinə kömək edir. Qvineya-Bisau ilə son görüşlər də göstərir ki, Azərbaycan Afrika ilə əlaqələrini yeni bir səviyyəyə qaldırmaq istəyir. Bu istiqamətdə atılan addımlar həm Azərbaycan, həm də Afrika ölkələri üçün gələcəkdə uğurlu nəticələr verə bilər”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 27 Fevral 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri