Icma.az
close
up
RU
Əlaqələr inkişaf edir...

Əlaqələr inkişaf edir...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Azərbaycan və Əlcəzair hökumətləri arasında Birgə Komissiya yaradılıb

Azərbaycanın xarici siyasətində dünya dövlətləri ilə bərabərhüquqlu əsaslarda əlaqələrin inkişaf etdirilməsi başlıca yer tutur. Dövlətimiz dünyanın bütün qitələri, o cümlədən Afrikada yerləşən ölkələrlə də münasibətləri genişləndirir. Bu baxımdan, Azərbaycan-Əlcəzair əlaqələri də qeyd edilməlidir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu ölkəyə rəsmi səfəri də qarşılıqlı əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Əbdülməcid Təbbun tərəfindən qəbul olunub. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı Azərbaycan və Əlcəzair arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Əlcəzair Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin noyabrında Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirak etmək məqsədilə bu ölkəyə səfərini məmnunluqla xatırlayaraq, səfərin ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Görüşdə iki ölkə arasında siyasi dialoqun dərinləşdirilməsinə, iqtisadi, təhsil və humanitar, enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm, elmi və texniki sahələrdə əməkdaşlığın genişləndirilməsinə maraq ifadə olunub. Bu çərçivədə, Azərbaycan Hökuməti ilə Əlcəzair Hökuməti arasında Ticarət, İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Sazişin imzalanması münasibətlərin inkişafında mühüm addım kimi qiymətləndirilib.

Tərəflər, həmçinin beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Ölkəmizin bir sıra beynəlxalq platformalarda sədrliyi və ev sahibliyi dövründə irəli sürülmüş təşəbbüslərin beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsinə xidmət etməsi təqdir olunub.

Görüş zamanı qarşı tərəf Azərbaycana qarşı hərbi təcavüzün tarixçəsi, postmünaqişə dövründə Azərbaycanın Cənubi Qafqaz regionunda dayanıqlı sülhün və sabitliyin təsis edilməsi vizionu, bərpa-quruculuq işləri barədə məlumatlandırılıb.

Görüşdə bir sıra digər regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Azərbaycanın XİN başçısı Əlcəzairin Xalq Milli Assambleyasının sədri İbrahim Buğali ilə də görüşüb. Görüş zamanı Azərbaycanla Əlcəzair arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, parlamentlərarası əlaqələr çərçivəsində prioritetlər, eləcə də regional məsələlər müzakirə olunub. Dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün geniş potensialın olduğu, bu çərçivədə qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Xalq Milli Assambleyasının sədri İbrahim Buğali 2022-ci ildə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirakını, Milli Məclisin Sədri Sahibə Qafarovanın Əlcəzairə səfəri çərçivəsində görüşlərini xatırlayıb.

Ölkələrimizin siyasi, iqtisadi, humanitar, o cümlədən insanlar arasında əlaqələrin genişləndirilməsi sahələrində qarşılıqlı fəaliyyətin önəm kəsb etdiyi vurğulanıb. BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda uğurlu əməkdaşlığın vacibliyi qeyd edilib.

Görüşdə parlamentlərimiz arasında əlaqələrin, dostluq qruplarının fəaliyyətinin, bu çərçivədə qarşılıqlı səfərlərin ölkələrimiz arasında münasibətlərin mühüm istiqamətini təşkil etdiyi vurğulanıb. Parlamentlərimizin beynəlxalq parlament təşkilatlarında da uğurla əməkdaşlıq etdiyi və bu təşkilatlarda qanunverici orqanlarımız arasında qarşılıqlı dəstəyin əhəmiyyəti qeyd olunub.

C.Bayramov görüş zamanı bölgəmizdə post-münaqişə dövründə vəziyyət, münaqişə sonrası bərpa və quruculuq prosesi, sülh quruculuğu istiqamətində atılan addımlar ilə bağlı qarşı tərəfi məlumatlandırıb.

C.Bayramovun  Əlcəzairin dövlət naziri, xarici işlər və xaricdəki milli icma və Afrika məsələləri naziri Əhməd Attaf ilə görüşündə isə Azərbaycan-Əlcəzair ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər, habelə regional və qlobal inkişaflar, eləcə də Yaxın Şərqdə vəziyyət müzakirə olunub. Qarşılıqlı hörmət və ortaq dəyərlərə əsaslanan Azərbaycan-Əlcəzair əməkdaşlıq əlaqələrinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, ali və yüksək səviyyədə qarşılıqlı səfərlərin dövlətlərarası əlaqələrimizin inkişafına təkan verdiyinə dair həmrəylik ifadə olunub.

Həmçinin, iki ölkənin Xarici İşlər nazirlikləri arasında cari ilin aprelində baş tutmuş siyasi məsləhətləşmələrin, xarici işlər nazirləri arasında keçirilmiş görüşlərin Azərbaycan-Əlcəzair əməkdaşlığının hərtərəfli və sistematik şəkildə irəliyə aparılmasında rolundan bəhs edilib. Azərbaycan ilə Əlcəzair arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın məmnunluq doğurduğu qeyd edilib. Eləcə də, ölkəmizin ev sahibliyi etdiyi qlobal və regional əhəmiyyətli yüksəksəviyyəli tədbirlərin əhəmiyyəti diqqətə çatdırılıb. Bu çərçivədə növbəti il Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının sammiti və BMT-nin Ümumdünya Şəhərsalma Forumu barədə müzakirə aparılıb.

İqtisadi əməkdaşlıq ölçüsünə toxunularaq, ticarət və investisiyalar, neft-qaz və bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Təhsil və mədəniyyət sahələri üzrə mübadilələrin artırılmasının, turizm potensialının geniş şəkildə istifadə olunmasının xalqlarımızın bir-birini daha yaxından tanımasındakı rolundan bəhs olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında Ticarət, İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş iki ölkənin nazirləri tərəfindən imzalanıb. Birgə Komissiyanın iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində əhəmiyyətli mexanizm olacağı vurğulanıb.

Nardar BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Noyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri