Bu enerji içkilərinin ixrac rüsumu artırılsın KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
“Enerji içkilərinin üzərində də yazılıb ki, 18 yaşına qədər olan şəxslərə, xəstə insanlara içmək olmaz. Məntiqlə yanaşaq, necə ola bilər ki, xəstə adama zərərli olan içki sağlam adama zərərsizdir?”.
KONKRET.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, tələbat olduğu üçün bu məhsullar qadağan edilsə də, ölkəyə gətirənlər tapılacaq:
“Nə etmək olar? Əgər Azərbaycana bu məhsulları gətirməsələr də, tələb olduğu üçün mütləq hansısa yollarla onu gətirəcəklər. İstehlakçıların bu içkilərdən minimum az istifadə etmələri tövsiyyə olunur. Təssüf ki, insanlar bu içkilərə öyrəşirlər və çox miqdarda qəbul etməyə başlayırlar.
Bu məhsulların ixrac rüsumları artırıla bilər. Qiymətləri artsın ki, əlçatanlıq azalsın. Bu məsələdə geniş maarifləndirmə işləri lazımdır ki, istehalakçılar tələbat yaratmasınlar, əsas budur”.
Qeyd edək ki, Azərbaycana “Bizon” və digər enerji içkilərini əsasən iş adamı Ceyhun Abbasovun rəhbərlik etdiyi “Avrora” şirkəti gətirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 03 Noyabr 2025 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















