Icma.az
close
up
RU
Bu ərazilərdən əmlak almaq QAZANDIRACAQ Ev, torpaq, mənzil...

Bu ərazilərdən əmlak almaq QAZANDIRACAQ Ev, torpaq, mənzil...

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Paytaxt ərazisində həyata keçirilən söküntülər, Baş planda nəzərdə tutulan yeniliklər və dinamik qiymət artımı daşınmaz əmlak bazarında intensiv dəyişikliklərə səbəb olur. Hazırda Bakının bəzi ərazilərində alıcı tələbatı pik həddə çatıb. Bir çox ərazilərin də yaxın gələcəkdə daşınmaz əmlak bazarında ciddi perspektivə çevriləcəyi gözlənilir.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, yaxın gələcəkdə paytaxt ərazisində və şəhərətrafı yerlərdə infrastruktur şəraitinin yüksəlməsi qiymətləri daha da artıracaq:

“Qiymətlərin artmasında müəyyən psixoloji baryer olur. Bu ondan ibarətdir ki, hər bir ərazidə yerləşən daşınmaz əmlak müvafiq qaydada müəyyən qiymətədək yüksələ bilir. Ondan sonra isə dövri olaraq artım dinamikası görülsə də, o qədər də yüksək olmur. Məsələn, Bakının mərkəzində, məlum olduğu kimi, daşınmaz əmlakın qiyməti xeyli yüksək idi. Amma şəhərdənkənar və mərkəzə o qədər də yaxın olmayan ərazilərdəki artım tempi mərkəzdən daha yüksək olub. Hətta “Xətai”, “Həzi Aslanov”, “Əhmədli” kimi metrostansiyaların ətrafındakı daşınmaz əmlakın qiyməti o qədər yüksəlib ki, mərkəzdəkilərə gəlib çatıb.

Bu psixoloji baryerin ortada olması faktıdır. Yəni Bakının Baş planı həyata keçirildikdən sonra qiymətlər təbii ki, yüksəlməyə davam edəcək. Çünki harada infrastruktur yenilənirsə və inkişaf edirsə, həmin ərazilərdə daşınmaz əmlakın qiyməti yüksəlir”.

Vüqar Oruc qeyd edib ki, şəhərətrafı ərazilər yaxın gələcəkdə qiymət baxımından daha perspektivli olacaq:

“Digər tərəfdən, manatın alıcılıq qabiliyyətində baş verən dəyişikliklər, illik infliyasiya kimi faktorlar da daşınmaz əmlak qiymətlərində artıma səbəb olur. Eyni zamanda, söküntülər daşınmaz əmlak bazarında tələbatın artmasına gətirib çıxaracaq. Çünki binalar sökülən zaman həmin sakinlər təbii ki, əmlak bazarına üz tuturlar. Bu da qiymətlərin artımı ilə nəticələnir. Ona görə də, yeni Baş plan həyata keçirildikdən sonra bahalaşma mütləqdir.

Ərazi baxımından düşünürəm ki, şəhərin mərkəzində bu artımı o qədər də hiss etməyəcəyik. Bu artım mərkəzəyaxın və ətraf ərazilərdə baş verəcək. Hazırda faktla qarşı-qarşıyayıq. Çünki ipoteka krediti ilə bağlı müraciət edən vətəndaşlar əksər hallarda paytaxtdan kənar ərazilərə üz tuturlar. Bu da onu göstərir ki, zaman keçdikcə qiymət artımı daha çox şəhərin kənarında baş verəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 30 Noyabr 2024 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see366

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see253

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see216

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see195

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see179

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see163

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see150

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see149

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see149

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see147

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see134

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri