“Bu, Ermənistan və İran arasında əməkdaşlığa mane olmayacaq” Sobhani KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“İrəvanla Vaşinqton arasında razılaşma Ermənistan və İran arasında əməkdaşlığa mane olmayacaq”.
KONKRET.az xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfiri Mehdi Sobhani bildirib:
“Biz həmişə Ermənistan-İran münasibətlərini Amerikanın təsirindən və təzyiqindən uzaq tuta bilmişik. Qeyd etmək çox vacibdir ki, bu məsələ ilə bağlı bizimlə Ermənistan hakimiyyəti arasında qarşılıqlı anlaşma var. Biz dərindən başa düşürük ki, əlaqələr hər iki ölkənin və xalqların rifahı naminə inkişaf edir. Bu qarşılıqlı anlaşma prosesləri nəzarət altında saxlamağa və ikitərəfli gündəliyi daha da irəli aparmağa kömək edir”.
Yanvarda imzalanmış strateji tərəfdaşlıq haqqında sənədə toxunan səfir qeyd edib ki, rəsmi İrəvan bu sənədin Ermənistan-İran münasibətlərinə qarşı yönəlmədiyini açıq şəkildə bəyan edib. Sobhani vurğulayıb ki, İrəvan və Vaşinqtonun imzaladığı sənəd əvvəlki razılaşmalardan daha zəifdir:
“Rəsmi İrəvan heç vaxt üçüncü qüvvələrdən və amillərdən asılı olmayan Ermənistan-İran münasibətlərinə xələl gətirə biləcək tədbirlər görməyəcəyini bəyan edib”, – səfir vurğulayıb.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 06 Fevral 2025 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















