Bu faciə Azərbaycan xalqının azadlıq yolunda geri dönüşü olmayan bir mərhələ oldu ŞƏRH
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində ən faciəli və eyni zamanda ən şərəfli səhifələrdən biridir. 1990-cı il yanvarın 20-də baş verən bu hadisə totalitar Sovet rejiminin Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayət olmaqla yanaşı, xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinin dönüş nöqtəsi kimi tarixə düşüb". Bu sözləri SİA-ya açıqlamasında bildirib ki, deputat Ülviyyə Həmzəyeva deyib.
Onun sözlərinə görə, Qanlı Yanvar faciəsinə aparan proseslər 1987-ci ildən etibarən azərbaycanlıların Ermənistan ərazisindəki tarixi torpaqlarından kütləvi deportasiyası və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri ilə başlamışdır:
"Gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı qabaqcadan planlaşdırılmış hərbi əməliyyat həyata keçirmişdir. 1990-cı ilin yanvarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, eləcə də xüsusi təyinatlı hərbi birləşmələrin 66 mindən çox əsgər və zabiti Bakıya gətirilmişdir. Yanvarın 19-dan 20-nə keçən gecə birbaşa SSRİ rəhbərliyinin əmri ilə Bakı şəhərinə və respublikanın bir sıra rayonlarına qoşun yeridilmiş, dinc əhali ağır texnika və müxtəlif silah növləri ilə atəşə tutulmuşdur. Qadın, uşaq və qocalar da daxil olmaqla yüzlərlə insan qətlə yetirilmiş, minlərlə insan yaralanmışdır. “Bakı əməliyyatı” adlandırılan bu hərbi təcavüz fövqəladə qəddarlıqla həyata keçirilmişdir. Fövqəladə vəziyyətin elan olunması barədə əhali əvvəlcədən məlumatlandırılmamış, əksinə, qırğın törədildikdən sonra bu barədə rəsmi məlumat verilmişdir. Ümumilikdə 147 nəfər həlak olmuş, 744 nəfər yaralanmış, yüzlərlə insan qanunsuz həbs edilmiş, dövlət və şəxsi əmlaka böyük maddi ziyan vurulmuşdur. 20 Yanvar hadisələri nəticəsində Sovet imperiyası Azərbaycanda öz siyasi və mənəvi dayaqlarını itirdi. Xalqın mövcud rejimə qarşı nifrəti son həddə çatdı, milli azadlıq hərəkatı daha da gücləndi. Bu faciə Azərbaycan xalqının azadlıq yolunda geri dönüşü olmayan bir mərhələ oldu. Faciəyə ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verildi. O, 1990-cı il yanvarın 21-də Moskvada çıxış edərək 20 Yanvar hadisələrini insanlığa və hüquqa zidd cinayət adlandırdı, Azərbaycan xalqı ilə həmrəy olduğunu açıq şəkildə bəyan etdi. Sonrakı illərdə də Ulu Öndərin təşəbbüsü ilə bu faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.
1994-cü il martın 29-da Milli Məclisin qərarı ilə 20 Yanvar hadisələri totalitar kommunist rejimi tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz və cinayət kimi rəsmən qiymətləndirildi. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şəhidlər Xiyabanında “Əbədi Məşəl” abidə kompleksi ucaldıldı.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 Yanvar şəhidlərinin xatirəsi daim uca tutulur, onların ailələrinə və bu hadisələr nəticəsində əlilliyi olan şəxslərə dövlət qayğısı göstərilir. Hər il yanvarın 20-si Azərbaycanda ümumxalq hüzn günü kimi qeyd olunur, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
20 Yanvar faciəsi təkcə böyük bir faciə deyil, həm də Azərbaycan xalqının ləyaqətinin, birliyinin və qəhrəmanlığının rəmzidir. Bu hadisə xalqımızın milli kimliyinin formalaşmasında mühüm rol oynamış, müstəqil Azərbaycan dövlətinin yaranmasına gedən yolun əsas təməl daşlarından biri olmuşdur. Şəhidlərin qanı bahasına qazanılan azadlıq bu gün müstəqil və suveren Azərbaycanın ən böyük dəyəridir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 16 Yanvar 2026 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















