Icma.az
close
up
RU
“Bu fakt ölkənin etibarlı tərəfdaş imicini təsdiqləyir” ŞƏRH KONKRET

“Bu fakt ölkənin etibarlı tərəfdaş imicini təsdiqləyir” ŞƏRH KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın daim dəyişən beynəlxalq və regional proseslərə uyğun aparılan xarici siyasətinin təməli Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin beynəlxalq təşkilatların rəhbərləri ilə keçirdiyi görüşlər, əldə etdiyi razılaşmalar, dünyanın güc mərkəzləri ilə apardığı müzakirələr sayəsində Azərbaycan qlobal siyasi arenada etibarlı tərəfdaş kimi etimad qazanıb. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dünyanın müxtəlif ölkələri və təşkilatları ilə həm sosial, həm hərbi, həm siyasi, həm də iqtisadi sahələrdə əməkdaşlıq qurub və beynəlxalq nüfuzu ildən-ilə artıb. Ölkəmiz beynəlxalq siyasi münasibətlər çərçivəsində həll olunan məsələlərdə fəal iştirak edir, həmçinin, qlobal və regional miqyasda xüsusi nüfuza sahib olan beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verir.

Azərbaycan bu gün bölgə ölkələri ilə qarşılıqlı əməkdaşlıq, beynəlxalq aləmdə öz sözünü demiş böyük dövlətlərlə uğurlu tərəfdaşlıq fonunda, həm də düyanın aparıcı beynəlxalq qurumlarında kifayət qədər fəal iştirak edir.

Tam əminliklə demək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənmiş, bu diplomatik reallıqlar fonunda respublikamızın Avropaya və dünya birliyinə inteqrasiyası xeyli sürətlənmişdir. Dövlət başçımızın məntiqli xarici və daxili siyasəti, uğurlu diplomatik fəaliyyəti belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də hərtərəfli inkişaf tempini saxlayacaq, ölkəmizin həm regional, həm də qlobal səviyyədə mövqelərinin möhkəmlənməsi davam etdiriləcəkdir.

2025-ci ilin avqust ayında Azərbaycan, beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirərək, həm regional, həm də qlobal səviyyədə strateji əməkdaşlıqlarını genişləndirib.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən sabiq deputat, siyasi təhlilçi Elşad Mirbəşiroğlu bildirib ki, Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində kifayət qədər ciddi yerə və təsir imkanlarına malik olan ölkədir.

Onun sözlərinə görə, ölkəmizin xarici siyasətinin əsas prinsiplərindən biri dünya dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq qurmaqdan ibarətdir:

“Azərbaycan bu prinsiplərə uyğun olaraq müxtəlif beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlıq edir. Ölkəmiz həm iki, həm də çoxtərəfli əməkdaşlıq sistemini uğurla qurmağa nail olub.”

Elşad Mirbəşiroğlu qeyd edib ki, Azərbaycan bu gün qlobal enerji və təhlükəsizlik sahəsində mühüm rol oynayır. İqtisadi əlaqələrin şaxələndirilməsi sayəsində ölkə dünya iqtisadiyyatına uğurla inteqrasiya olunub:

“Xüsusilə Avropa enerji bazarında Azərbaycanın rolu və payı kifayət qədər böyükdür. Ölkəmizin birbaşa iştirakı və təşəbbüsü ilə regionda strateji əhəmiyyətə malik enerji və nəqliyyat layihələri reallaşdırılıb.”

Siyasi təhlilçi vurğulayıb ki, bu prosesdə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri, eləcə də Orta Dəhliz xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, Azərbaycanın bu layihələrdə aktiv iştirakı ölkənin dünya birliyinə inteqrasiyasını daha da möhkəmləndirir.

E.Mirbəşiroğlunun sözlərinə görə, Azərbaycan həmçinin BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində fəal rol oynayır:

“Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dörd il ərzində Azərbaycan hərəkatın nüfuzunun və təsir imkanlarının artmasına ciddi töhfə verib. Bu, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.”

O, əlavə edib ki, Azərbaycan dünya ölkələri ilə humanitar və mədəni əlaqələri də genişləndirir, mədəniyyətlərarası dialoqun təşəbbüskarlarından biri kimi çıxış edir. Bu amil, müasir dünyada xalqlar arasında qarşıdurmaların qarşısının alınmasında vacib rol oynayır.

“Azərbaycan həm iqtisadi, siyasi, həm də humanitar əlaqələrini genişləndirməklə beynəlxalq aləmə sistemli və davamlı şəkildə inteqrasiya edir. Bu, ölkəmizin nüfuzunu artırmaqla yanaşı, yeni əməkdaşlıq imkanları da yaradır.”

Sabiq deputat bildirib ki, hazırda Azərbaycanın iqtisadiyyatına təxminən 360 milyard dollardan artıq sərmayə yatırılıb, bunun təxminən yarısı xarici investisiyadır. Bu fakt ölkənin etibarlı tərəfdaş imicini təsdiqləyir.

Son illər xarici siyasətin prioritet istiqamətlərindən biri kimi Mərkəzi Asiya və Sakit Okean regionları göstərilir:

“Asiya və Avropa arasında nəqliyyat-logistika layihələrinin reallaşdırılması getdikcə daha rentabelli olur. Azərbaycan isə bu marşrutda – xüsusilə Orta Dəhlizdə mühüm tranzit rolu oynayır. Bu da öz növbəsində, ölkəmizin dünya birliyinə inteqrasiyasını daha da dərinləşdirir.”

Aynurə İsmayıl,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://konkret.az
archiveBu xəbər 31 Oktyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see624

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see252

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see233

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see211

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see210

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see195

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see185

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see167

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see154

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see151

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see149

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see147

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri