“Bu, Azərbaycanın NATO qarşısında etibarlı tərəfdaş imicini formalaşdırıb” ŞƏRH EDİLDİ
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Hazırkı mərhələdə Azərbaycan–NATO münasibətləri tərəfdaşlıq və praqmatik əməkdaşlıq çərçivəsində davam edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.
Onun sözlərinə görə, Azərbaycan alyansın üzvü olmağı hədəfləməsə də, “Sülh Naminə Tərəfdaşlıq” proqramı, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı və siyasi dialoq mexanizmləri vasitəsilə NATO ilə institusional əlaqələrini qoruyur:
”Bu əməkdaşlıq daha çox müdafiə islahatları, hərbi təlimlərin uyğunlaşdırılması, sülhməramlı fəaliyyət, kadr hazırlığı və təhlükəsizlik sektorunda təcrübə mübadiləsinə yönəlib. Xüsusilə Əfqanıstan missiyasında uzunmüddətli iştirak Azərbaycanın NATO qarşısında etibarlı tərəfdaş imicini formalaşdırıb.
Eyni zamanda, Azərbaycan–NATO əlaqələri balanslı xarici siyasət konsepsiyasına uyğun şəkildə məhdud və seçici xarakter daşıyır. Rəsmi Bakı regional geosiyasi həssaslıqları, qonşu dövlətlərlə münasibətləri və strateji muxtariyyətini nəzərə alaraq bu əməkdaşlığı alyans üzvlüyü müstəvisinə daşımır. Mövcud mərhələdə münasibətlərin səviyyəsi siyasi məsləhətləşmələr, təhlükəsizlik dialoqu və praktiki hərbi-texniki əməkdaşlıqla xarakterizə olunur. Bu çərçivə Azərbaycana həm Qərb təhlükəsizlik strukturları ilə əlaqəni saxlamağa, həm də öz müstəqil qərarvermə xəttini qorumağa imkan verir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 23 Yanvar 2026 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















