Icma.az
close
up
RU
“Bu, ölkənin iqtisadi dayanıqlığını və rəqabət qabiliyyətini artırır” ŞƏRH KONKRET

“Bu, ölkənin iqtisadi dayanıqlığını və rəqabət qabiliyyətini artırır” ŞƏRH KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azad ticarətin, azad sahibkarlığın və bazar əsaslı iqtisadiyyatların müasir sistemi təxminən 200 il əvvəl formalaşmağa başlayıb. Bu prosesin bir çox iqtisadi quruluşlarda verdiyi səmərə dünya dövlətlərini prosesi təşviq etmək istiqamətində düşündürür.

Hansı yollarla liberal iqtisadiyyatın verdiyi faydadan daha çox yararlanmaq olar? Bu istiqamətin geniş yayılması üçün dövlət hansı tədbirlər həyata keçirə bilər? Son illər iqtisadçıların gündəmə gətirdiyi ən aktual məsələlər məhz bu suallar ətrafında toplaşıb. Beynəlxalq iqtisadi münasibətlərin fəal və önəmli aktoruna çevrilən Azərbaycanda da müvafiq sahə prioritet istiqamət kimi müəyyənləşdirilib. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bazar münasibətlərinə əsaslanan liberal iqtisadi sistemin formalaşması, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına şərait yaradılması, zəngin təbii sərvətlərdən səmərəli istifadə, investisiya cəlbediciliyinin yüksəldilməsi və digər tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləyib. Bu parametrlər keçid dövrünü uğurla başa vurmuş ölkəmizdə mülkiyyətin çoxnövlülüyünün təmin olunması, bazar iqtisadiyyatı üçün qanunvericilik bazasının yaradılması, aqrar islahatların həyata keçirilməsi, sahibkarlar institutunun formalaşması, özəlləşdirmə istiqamətində hüquqi bazanın yaradılması, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılması, daxili və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasında, qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsi, ümumilikdə dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsi və bu kimi digər məsələlərdə özünü göstərir.

İqtisadi inkişafın əsas elementlərindən biri də ölkədə azad sahibkarlıq və liberal iqtisadiyyat üçün əlverişli mühitin yaradılmasıdır. Çünki iqtisadiyyatın tərəqqisi üçün rəqabət mühiti və şaxəli şəkildə inkişaf olmalıdır. Liberal iqtisadiyyatın formalaşması üçün ölkədə azad rəqabət mühiti formalaşmalıdır. Azad rəqabət isə inhisarçılığın və monopoliyanın qarşısını kəsən əsas amildir.

Azərbaycanda həyata keçirilən iqtisadi siyasətdə əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun güclü inkişafına nail olunması mühüm aktuallıq kəsb edir. Qeyri-neft sektorunun hərtərəfli, sürətli və səmərəli inkişafının təmin edilməsinin ən zəruri şərtlərindən biri sahibkarlığın inkişaf etdirilməsi, ilk növbədə kiçik və orta biznes fəaliyyətinin səmərəliliyinin artırılmasıdır.

Beynəlxalq təcrübə göstərir ki, kiçik və orta biznesin səmərəli fəaliyyətinin təmin edildiyi şəraitdə istehsal olunan məhsul və xidmətlərin yarıdan çoxu, elmi texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqinin 80 faizi, hər yeni açılan 3 iş yerindən 2-si həmin sahənin payına düşür. Eyni zamanda kiçik və orta biznes subyektləri əhalinin tələbatına daha həssas olduğundan, bazar konyukturunun dəyişiklərinə operativ reaksiya verib, istehsal və istehlak sferalarındakı müvafiq boşluqları daha effektiv şəkildə doldura bilirlər.

Bundan əlavə kiçik və orta sahibkarlıq orta təbəqənin formalaşmasının əsas mənbəyi kimi cəmiyyətdə zəruri sabitlik təmin edərək, ölkədə həyata keçirilən demokratik yönlü , mütərəqqi iqtisadi, hüquqi və siyasi islahatların dəstəklənməsinin sosial bazasını genişləndirir.

Azərbaycanda liberal iqtisadiyyatın inkişafı son illər diqqət mərkəzindədir. Xüsusən də son dövrlər ölkədə elmi əsaslara söykənən liberal iqtisadi sistemin qurulması istiqamətində mühüm addımlar atılır.

İqtisadçı Kənan Quluzadə KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi iqtisadi inkişafın və rəqabətqabiliyyətli bazar sisteminin formalaşmasının əsas şərtlərindən biridir.

Ekspertin sözlərinə görə, azad sahibkarlıq anlayışı şəxslərin və müəssisələrin iqtisadi fəaliyyətlə sərbəst məşğul olmaq imkanlarını əhatə edir.

“Lisenziya və icazələrin sadələşdirilməsi, yeni biznesin qurulması üçün əlverişli şəraitin yaradılması, əmlak hüquqlarının qorunması, maliyyə resurslarına çıxış imkanlarının artırılması, bürokratik əngəllərin aradan qaldırılması və vergi yükünün azaldılması bu istiqamətdə atılan mühüm addımlardandır”, – deyə iqtisadçı vurğulayıb.

Kənan Quluzadə qeyd edib ki, liberal iqtisadiyyat modeli bazar mexanizmlərinə əsaslanır və burada dövlətin rolu daha çox tənzimləyici funksiyalarla məhdudlaşır.

“Rəqabət mühitinin qorunması, inhisarçılığın qarşısının alınması, xarici investisiyalara açıq mühitin formalaşdırılması, özəlləşdirmənin təşviqi, iqtisadi qərarların bazar iştirakçıları tərəfindən verilməsi və beynəlxalq iqtisadi inteqrasiyanın gücləndirilməsi liberal iqtisadiyyatın əsas prinsiplərindəndir”, – deyə o, əlavə edib.

Ekspert hesab edir ki, bu yanaşmalar iqtisadi azadlıqların təmin olunması baxımından vacib olmaqla yanaşı, ölkənin ümumi iqtisadi dayanıqlığını və rəqabət qabiliyyətini də artırır.

Aynurə İsmayıl,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusuna uyğun olaraq dərc edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Avqust 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri