Icma.az
close
up
RU
“Bu fərziyələr, o gəncin ailəsinin dərdinin üzərinə dərd gətirir” “DTX nın üzərinə düşürlər ki...”

“Bu fərziyələr, o gəncin ailəsinin dərdinin üzərinə dərd gətirir” “DTX nın üzərinə düşürlər ki...”

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Hər bir gəncin ölümü çox üzücüdür, çox ağırdır və onun ailəsi, yaxınları üçün sağalması mümkün olmayan travma deməkdir”. 

“AzPolitika” xəbər verir ki, bunu ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən iclasında Baş Prokururluğun, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin Gəncədə qətlə yetirilmiş Elgün İbrahimovla bağlı yaydığı birgə açıqlama barədə danışarkən deyib.

“Bu məsələyə aydınlıq gətirildi ki, o gənc qəsdən öldürülməyib. Mən niyə bu məsələyə toxunuram? Bir çox hallarda bizlər çox ağır bir faciə və ictiami rezonans doğuran hadisə ilə bağlı istintaqın nəticəsini gözləmədən dərhal fərziyyələr irəli sürürük. Bu fərziyələr bir çox hallarda həmin o gəncin ailəsinin dərdinin üzərinə əlavə bir dərd gətirir. Məsələn, onun valideyni fikirləşir ki, oğlumu öldürüblər, amma onun qatilləri azadlıqda gəzir, ədalət öz yerini tapmayıb və s”, - deputat qeyd edib.

Deputat vurğulayıb ki, Baş Prokururluq, Daxili İşlər Nazirliyi tərəfindən uzun illər bağlı qalmış çox sayda qəsdən adamöldürmə cinayətlərinin üstü açılıb: “Cinayətin qurbanlarının yaxınları təskinlik tapıblar ki, ədalət öz yerini tapıb, o şəxslər ədalət mühakiməsinin qarşısına çıxarılıblar və layiqli cəzalarını alıblar. Yəni bu məsələlərdə hüquq mühafizə orqanlarının prinsipial mövqeyini qeyd etmək lazımdır. Son vaxtlar Dövlət Təhlükəsizlik Xidmətinin üzərinə düşüblər ki, necə olub ki, bir dövlət əleyhinə cinayətlər törətmiş, etnik qarşıdurma yaratmaq istəyən bir cinayətkar tutulub Azərbaycana gətirilib. Buna görə əslində Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarına təşəkkür etmək lazımdır və mən buradan təşəkkür edirəm. Onları qınamaq lazım deyil. Biz vaxtında məhz bu kimi tədbirlər görməməyimiz nəticəsində dağlıq Qarabağda etnik separatizm baş qaldırdı və bundan hər iki xalq müharibənin nəticəsi olaraq əzab çəkdi”.

Q.Həsənqulieyvin sözlərinə görə, bu o demək deyil ki, hüquq mühafizə orqanlarının işlərində nöqsanlar, çatışmazlıqlar yoxdur və onlar tənqid olunmamalıdır: “Amma bu tənqid qərəzli olmamalıdır. Hüquq mühafizə orqanlarının gözdən salanda bundan ən çox əziyyət çəkən vətəndaşlar olacaq. Ona görə ki, vətəndaşlar hüquq mühafizə orqanlarına kömək etməsələr, cinayətkarlığa qarşı effektli mübarizə aparmaq olmayacaq. Sonuncu iclasda hörmətli Fazil Mustafa məsələ qaldırdı ki, vətəndaşlar narkotik satan bir şəxsin videosunu çəkib hüquq mühafizə orqanlarına, Daxili İşlər Nazirliyinə müraciət etmişdilər və dərhal o şəxs məsuliyyətə cəlb olunmuşdu. Vaxtilə mən parlament tribunasından demişdim ki, hüquq mühafizə orqanlarını guya “narkotiklərin satışını onlar himayə edir” deyə ittiham edirlər. Mən demişdim ki, bunu əslində narkotik satışı ilə məşğul olan şəxslər yayırlar. O narkokartellər ki, vətəndaşlar çəkinsinlər, onların cinayətkar fəaliyyəti barədə hüquq mühafizə orqanlarına məlumat verməsinlər və onlar bu çirkin əməllərini davam etdirsinlər”.

Partiya sədri hesab edir ki, tənqid lazımdır, amma bu qərəzli olmamalıdır və hüquq mühafizə orqanlarının gözdən salınmasına xidmət etməməlidir.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 May 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see227

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see172

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see158

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see154

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see153

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see147

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see147

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see139

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see137

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri