Icma.az
close
up
RU
Vatikan təşəbbüsü üzərinə götürür

Vatikan təşəbbüsü üzərinə götürür

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Vatikan Rusiya-Ukrayna danışıqlarında vasitəçilik təşəbbüsünü öz üzərinə götürə bilər. Qeyd edək ki, “The Wall Street Journal” qəzetinin məlumatına görə, Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə növbəti danışıqların 2025-ci ilin iyun ayının ortalarında Vatikanda keçirilməsi planlaşdırılır. Qəzet qeyd edir ki, Vatikan bu təşəbbüsün baş tutması üçün hər iki münaqişə tərəfi ilə təmaslar qurub. Eyni zamanda Finlandiya Prezidenti Aleksandr Stubb və İtaliyanın baş naziri Ciorcia Meloni jurnalistlərə açıqlamasında yaxın zamanda Vatikanın danışıqlara ev sahibliyi etməsinin tam mümkün olduğunu bəyan ediblər. Xüsusilə vurğulamaq lazımdır ki, mayın 8-də yeni Papanın seçilməsindən sonra ABŞ daxil olmaqla bir neçə Qərb ölkəsi Vatikanın Moskva ilə Kiyev arasındakı gələcək danışıqlar üçün neytral platformaya çevrilməsini təklif edib.

Tramp geri çəkilir?

Bir neçə gün bundan əvvəl Tramp yerli mediaya müsahibəsində Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün aparılan danışıqların Vatikanda keçirilməsini təklif edib. ABŞ Prezidenti Rusiya-Ukrayna müharibəsinə dair çıxışında atəşkəsin təmin olunması üçün neytral və dini zəminin əhəmiyyətinə toxunaraq, Vatikanın danışıqlara ev sahibliyi etməsinin əla ideya olacağını bildirib. Tramp, həmçinin Rusiya-Ukrayna müharibəsinin “Avropanın məsələsi” olduğunu deyib - o, ABŞ-ın bu münaqişəyə həddindən artıq resurs sərf etdiyini, Avropanın isə kifayət qədər təşəbbüs göstərmədiyini vurğulayıb. Xatırladaq ki, bir müddət bundan öncə Tramp Ağ Evdə jurnalistlərlə söhbətində bəyan etmişdi ki, əgər danışıqlarda heç bir irəliləyiş olmasa, ABŞ vasitəçilik missiyasından geri çəkiləcək və tərəfləri öz taleylərinə buraxacaq.

Məsələ ilə bağlı politoloq Tural İsmayilov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Vatikanın tarixən beynəlxalq münaqişələrdə vasitəçi kimi neytral mövqe tutması Trampın bu təklifinin əsas motivasiyalarından biri ola bilər. “Vatikan heç bir hərbi və ya geosiyasi maraqlara malik olmayan, dinə əsaslanan nüfuzlu bir qurumdur ki, bu da onu hər iki tərəf üçün etibarlı platforma edir. Trampın vasitəçilik təşəbbüsünü Vatikana ötürmək istəməsi ABŞ-ın birbaşa vasitəçi rolundan çəkinməsi və məsuliyyəti paylaşmaq strategiyası ilə izah oluna bilər. Bu, həm də ABŞ-ın münaqişədə tərəfsizliyini qorumaq cəhdini göstərir, çünki birbaşa iştirak Vaşinqton üçün tərəf qəbul etmə riski yarada bilər. Vatikanın seçilməsinin digər səbəbi onun qlobal miqyasda sülh təşəbbüslərinə verdiyi dəstək və Papa XIV Leonun sülhə sadiqliyi kimi qeyd edilə bilər”.

Ortodoks Rusiya və Ukrayna Vatikanın vasitəçiliyinə razı olacaq?

Ukraynanın “Kyiv İndependent” agentliyinin məlumatına görə, Prezident Volodimir Zelenski Vatikanın vasitəçiliyinə razı ola bilər. Ukraynanın dövlət rəhbəri Rusiya, ABŞ və Aİ nümayəndə heyətləri ilə İstanbul, Vatikan və ya İsveçrədə görüşmək imkanlarını araşdırır. Rusiya tərəfinə gəlincə, Kreml hələ ki, bu barədə mövqeyini açıqlamayıb. T.İsmayilov vurğulayıb ki, Rusiyanın Vatikanda danışıqlara razı olub-olmayacağı mürəkkəb məsələdir. “Rusiya Pravoslav Kilsəsi ilə Roma Katolik Kilsəsi arasında tarixi gərginliklər olduğuna görə,  Moskva bu təklifə ehtiyatla yanaşacaq. Ola bilər ki, Kreml təklifə müsbət cavab versin, çünki Vatikanın neytrallığı Rusiyanın öz şərtlərini irəli sürməsi üçün əlverişli zəmin yarada bilər. Lakin Rusiya ABŞ-ın təsiri altında olan platformalara, eləcə də Vatikanın tam neytrallığına şübhə ilə yanaşır”.

Vatikan görüş üçün məqsədəuyğundur ?

T.İsmayilov Vatikanın simvolik və mənəvi çəkisi tərəfləri kompromisə sövq edə bilər “Vatikanın münaqişələrdə vasitəçilik təcrübəsi, məsələn, Kuba-ABŞ münasibətlərinin normallaşmasında rolu onun bu prosesdə uğurlu ola biləcəyinə işarədir. Lakin danışıqların uğuru tərəflərin niyyətindən və Vatikanın prosesi necə idarə etməsindən asılıdır,”- deyə ekspert vurğulayıb ki, Vatikanın töhfəsi tərəfləri bir araya gətirməklə məhdudlaşmaya bilər - katolik məzhəbinin baş mərkəzi - Vatikan həmçinin humanitar məsələlərə fokuslanmaqla, məsələn, əsirlərin mübadiləsi və ya atəşkəsə nəzarət kimi praktiki addımları təşviq edə bilər. Papa XIV Leonun sülh çağırışları və Vatikanın diplomatik kanalları tərəflər arasında etimadı artıra bilər. Vatikanın neytral zəmin kimi seçilməsi strateji addımdır, lakin prosesin uğuru tərəflərin siyasi iradəsindən asılıdır.

Pravoslavlığın imicinə zərbə

Ukrayna münaqişəsinin həllində Vatikanın fundamental rol oynayacağı qlobal mühitdə birmənalı qarşılanmır. Bu məsələyə skeptik yanaşanlar da var. Belə ki, Pravoslav və Katolik kilsələrinin 1054-cü ildəki “Böyük Ayrılma”dan (Schisma) sonra münasibətləri tarix boyu gərgin və mürəkkəb olub. Bu ayrılıqdan sonra bir çox pravoslav ölkələrində katolikliyə qarşı şübhə və ehtiyatlı yanaşma formalaşıb. Vatikan isə son onilliklərdə pravoslav kilsələri ilə dialoq qurmağa və münasibətləri yaxşılaşdırmağa çalışsa da, bəzi siyasi məqamlar burada rol oynayıb. Məsələn, pravoslavların hakim olduğu aparıcı dövlətlərdən sayılan Rusiyanın katolik Qərb ilə siyasi problemləri dini yaxınlaşmalara da mənfi təsirini göstərib. Konkret iki pravoslav ölkəsi arasında Vatikanın vasitəçiliyinə gəldikdə isə, hətta Qərb siyasətçiləri etiraf edirlər ki, indiyə qədər bu cür anologiya görünməyib - Vatikan indiyədək konkret iki pravoslav ölkəsi arasındakı ciddi problemi tam şəkildə həll etməyib. Bunun səbəblərindən biri də budur ki, Vatikan daha çox mənəvi və diplomatik vasitəçi rolunu oynayır, amma pravoslav dünyasında onun nüfuzu məhduddur. Siyasi texnoloqlara görə, pravoslavlar Vatikana qarşı tarixi şübhələrdən “qurtula” bilmirlər və onun təşəbbüslərini “siyasi motivli” hesab edirlər. Nəzərə alsaq ki, hazırki Roma Papası XIV Leo Amerikan əsillidir, burada şübhələr daha da dərinləşir...

Yunis ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 May 2025 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see462

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see431

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see272

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see254

Prezidentin Naxçıvana səfərinin tarixi siyasi əhəmiyyəti və mədəni irsə töhfəsi ŞƏRH

17 Avqust 2026 09:22see246

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see245

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see226

Generallar Abbasəli Novruzovun dəfn mərasimində Foto KONKRET

17 Avqust 2026 10:11see213

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see200

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see191

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see180

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see177

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see175

Trampdan İranla bağlı şok etiraf: “Məqsədimiz…”

17 Avqust 2026 12:28see169

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see162

“Gözdə olan qara su zamanı itirilən görmə faizini geri qaytarmaq mümkün deyil” OFTOLMOLOQ

17 Avqust 2026 16:46see160

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see160

“Motorola” 7000 mAh batareyalı yeni smartfonunu təqdim etdi

17 Avqust 2026 04:42see159

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see153

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri