Icma.az
close
up
RU
“Bu, tortun üzərinə “vişnə” kimi oturacaq”

“Bu, tortun üzərinə “vişnə” kimi oturacaq”

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Sabah”ın əvəzedici komandası çempionatda liderliyə yüksəlib.

34-cü turdan sonra xallarını “Neftçi-2” ilə bərabərləşdirən (67 xal) “bayquşlar” şəxsi oyunlardakı üstünlüyə görə birinci pilləyə qalxıb.

“Sabah-2″nin baş məşqçisi Adino Mustedanagiç “Futbolpress.az“a açıqlamasında liderliyi şərh etdi və komandanın sona 2 tur qalmış çempionluq şanslarını dəyərləndirdi:

“Şamaxı” ilə oyun (4:2) çətin keçdi. İlk dəqiqələrdə oyuna çox yaxşı başladıq və eyni hücumdan iki yaxşı qol imkanı yaratdıq. Rəqibin qapımıza ilk ciddi hücumu zamanı isə qapıçımız səhv etdi və qırmızı vərəqə aldı. Həmin hücumda onlar da qol vurdular. Hava şəraiti çox çətin idi, amma futbolçularımız nəticəni dəyişmək və kuboku qazanmaq istədiklərini göstərmək üçün böyük istək və güc nümayiş etdirdilər. “Neftçi”nin heç-heçə etməsi sayəsində bu üç xal bizi turnir cədvəlinin zirvəsinə yüksəltdi. Orada qalmaq istəyiriksə, son iki oyunda da yaxşı nəticə göstərməliyik”.

Mütəxəssis çempionatın gənclərə təsirindən və mövsümdəki çıxışlarından danışdı:

“İkinci komandalar üçün olan liqa çox tələbkardır. Bu komandalar əsasən gənc oyunçulardan ibarət olur və onlar ilk dəfə əsas komanda səviyyəsində rəqiblərlə qarşılaşdıqları üçün bəzən performanslarında eniş-yoxuş yaşanır. Bu, təcrübə və yetkinləşmə prosesi ilə bağlıdır.

Bu mövsüm ərzində – bəlkə də liqanın ən gənc komandası olaraq – əldə etdiyimiz hər şeylə fəxr edirəm. Əgər kuboku da qazana bilsək, bu, tortun üzərinə “vişnə” kimi oturacaq”.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 14 May 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see319

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see307

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see290

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see269

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see257

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see250

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see199

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see195

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see182

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see181

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see173

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see172

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see171

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see169

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see169

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see169

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see166

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see163

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see158

Bu tarixlərdə insanlar avtoqəzalarda daha çox ölür?

20 Avqust 2026 00:45see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri