Bu festivalda ya əylənə, ya da ölə bilərsən... Fotolar
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İspaniyanın Pamplona şəhərində ənənəvi San-Fermin festivalı davam edir.
“Qafqazinfo” xəbər verir ki, bu il festival 6-14 iyul tarixlərində keçirilir.
Builki proqrama 516 tədbir daxildir ki, onlardan səkkizi “encierro”dur (buğalarla qaçış - red.). Festivalda ölüm hadisəsi olmasa da, buğalarla qaçış zamanı ağır xəsarətlər alan bir neçə nəfər xəstəxanaya yerləşdirilib.
Təxminən 8 əsrlik tarixə malik fiesta yerli sakinlər və çoxsaylı turistlər tərəfindən maraqla qarşılansa da, heç də hər kəsin ürəyincə olmayıb. Belə ki, tədbir həm də fəalların festival çərçivəsində korridanın keçirilməsinə qarşı aksiyası ilə yadda qalıb.
Qeyd edək ki, rəsmi qeydiyyatın aparılmağa başladığı 1910-cu ildən indiyədək festival zamanı 16 iştirakçı həlak olub. Onların əksəriyyəti qəzəbli öküzlərin buynuzlarından ölümcül yaralar alıb. Sonuncu ölüm hadisəsi 2009-cu ildə qeydə alınıb. Həmin vaxt 27 yaşlı şəxs boynundan aldığı ölümcül zərbə nəticəsində vəfat edib.
Festivaldan maraqlı görüntüləri təqdim edirik:


















Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 10 İyul 2026 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















