Icma.az
close
up
RU
Bu qədər pulun varsa, ölə bilərsən Sosioloq dəfn xərclərindən danışdı

Bu qədər pulun varsa, ölə bilərsən Sosioloq dəfn xərclərindən danışdı

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Çox təəssüf ki, Azərbaycanda bu sahədə vəziyyət biabırçı və qəbuledilməzdir. İnsanlar nə vəziyyətdə yaşayırlar, hətta ölən zaman belə dəfn və yas mərasimlərini təşkil etmək çox çətin olur. Mövcud qaydalar dini, sosial və iqtisadi baxımdan heç bir məntiqə sığmır”. 
Avtosfer.az xəbər verir ki, bunu "Demokrat.az"a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.
Sosioloq bildirib ki, yas mərasimlərinin indiki forması dinə ziddir, sosial baxımdan qəbuledilməzdir və maddi baxımdan insanlara qarşı bir növ terror hesab olunur:
"Bu sistem ailələri ağır borca, xərclərə və kredit yükünə məhkum edir, vəhşicəsinə xərclər etməyə məcbur edir. Hazırda bir çox ailələr maddi vəziyyətinə görə bu mərasimləri keçirə bilmir. Qiymətlər şəraitdən asılı olaraq 1000–5000 manata qədər yüksəlir. Bu isə kasıb ailələr üçün faciəvi vəziyyət yaradır. Ən düzgün həll yolu odur ki, yas mərasimlərində bütün yemək və lüks xərclər aradan qaldırılsın. Sadə bir məclis yalnız çay və maksimal olaraq halva ilə məhdudlaşdırılmalıdır. Verilən ehsanlar faktiki olaraq ehsan sayılmır, çünki onlar artıq kommersiya məhsuludur və pul qarşılığında təqdim olunur".

Onun sözlərinə görə, dəfn mərasimləri üçün də standartlar müəyyənləşdirilməlidir:
"Məclisdə böyük daş abidələr və ya bahalı dekorasiyalar qadağan olunmalıdır. Sadə, 1 metr hündürlüyündə bir daş kifayət edir. Yas mərasimləri dini və mənəvi prinsiplərə uyğun olmalı, heç bir mənəvi və əxlaqi pozuntulara yol verməməlidir. Bu sahədə maarifləndirmə işləri kifayət deyil, cəmiyyət uzun illər boyunca yanlış qaydaları normal hesab edib".
O, bildirib ki, buna görə də vəziyyət yalnız inzibati və hüquqi normalar vasitəsilə düzəldilə bilər:
"Dövlət sərt qaydalar tətbiq etməli, pozuntuların qarşısını almaq üçün ciddi nəzarət etməlidir. Başqa yollar – izah, maarifləndirmə və ya könüllü tətbiq effektiv deyil. Yas və dəfn mərasimləri yalnız sadə, sivil və dini prinsiplərə uyğun olmalıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 Sentyabr 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri