Icma.az
close
up
RU
Bu fotolar 3 il əvvəl çəkilsə də...

Bu fotolar 3 il əvvəl çəkilsə də...

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gördüyünüz fotolar Şəmkir rayonunun Hacıalılar kəndində çəkilib. Daha dəqiq desək, kəndin kənarındakı dərədə. Məsələ ondadır ki, şəkillər fotoqraf İlham Mustafayev tərəfindən 3 il bundan qabaq lentə alınıb. Lakin kənddə bu illər ərzində su ilə bağlı vəziyyət dəyişməyib. Burada yerləşən bulaq kənd sakinlərinin yeganə su mənbəyidir. Vətəndaşlar içməli və məişət suyu üçün hər gün kəndin kənarındakı dərədə yerləşən bulağa üz tutur. 

Son günlər bu görüntülər sosial şəbəkələrdə yenidən gündəmə gələndən sonra “Qafqazinfo” kənddə hazırkı vəziyyəti öyrənib.

Hacıalılar kəndinin icra nümayəndəsi Eldar Murğuzov saytımıza açıqlamasında deyib ki, su problemi artıq bütün kənd sakinlərini yorub. İllərdir onlar hər gün səhərin erkən saatlarında yuxudan durub bu dərəyə enir, evdə içmək və istifadə etmək üçün lazım olan su ehtiyatlarını kəndə daşıyırlar. Bulağın yerləşdiyi bu dərə isə kənddən təxminən 1 kilometr uzaqlıqda yerləşir. Sakinlər də suyu daşımaq üçün uzunqulaqlardan istifadə edirlər: “Məsələ ilə bağlı illərdir müraciətlər edirik. Mütəxəssis təyin olunacağı, baxış, layihə həyata keçiriləcəyi bildirilir. Bax o üç il öncə çəkilən fotolardakı vəziyyət olduğu kimi qalır. Deyərdim ki, daha da pis haldadır. Mən 16 ildir burada çalışıram. 16 ildə vəziyyət elə bax belədir. Həmin dərədəki bulağın suyunu kəndə çəkmək istəyirdilər, başçı gəldi baxdı, pul da ayırırdı, amma kənd sakinləri bunu istəmədi. Çünki orada su zəifdir və camaat qorxdu ki, su daha da azalar və zamanla tamamilə kəsilər. Sakinlər istəyir ki, qonşu kəndlərdən bura köməkçi xətt çəkilsin. İndi vəziyyət beləcə qalıb. Çənlibel kəndinin sakinləri traktorlara 3 tonluq su çənlərini qoşub bizim kəndə gətirib 30-35 manata satırlar. Camaat da məcbur olub alır”.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə də (ADSEA) sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, Şəmkir rayonu Hacıalılar kəndinin su təchizatı hazırda əsasən mövcud bulaqlar vasitəsilə təmin olunur: “Lakin son dövrlərdə iqlim şəraiti və yağıntıların azalması ilə əlaqədar olaraq həmin bulaqlarda su debiti əhəmiyyətli dərəcədə azalıb, bir neçəsi isə tamamilə quruyub. Bu səbəbdən kənd sakinlərinin su təminatında çətinliklər yaranıb.

Mövcud vəziyyət nəzərə alınaraq alternativ su mənbəyinin müəyyən edilməsi və yeni su xəttinin çəkilməsi istiqamətində tədbirlərin görülməsi planlaşdırılır. Növbəti iki il ərzində layihələndirmə proqramı çərçivəsində Şəmkir rayonunun bir neçə kəndi, o cümlədən Hacıalılar kəndi üzrə alternativ su mənbələrindən suyun çəkilməsi üçün layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur. Layihələndirmə mərhələsi başa çatdıqdan sonra kəndin alternativ su mənbəyindən su ilə təmin edilməsi həyata keçiriləcək”.

Lamiyə Məmmədova 











Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 Mart 2026 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri