Icma.az
close
up
RU
Bu gecə niyyət axşamıdır Ramazan ayının niyyətini necə edək?

Bu gecə niyyət axşamıdır Ramazan ayının niyyətini necə edək?

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Sabahdan 11 ayın sultanı Ramazan ayı başlayır. Müsəlmanlar üçün Ramazan, günahların bağışlandığı, duaların qəbul olduğu, səbir və iradənin sınağa çəkildiyi müqəddəs bir aydır. İbadətlərlə dolu bu ayda insanlar həm ruhən, həm də cismən saflaşmağa, yardımlaşmağa və Uca Yaradanın rəhmətinə daha yaxın olmağa çalışırlar. Bu gün  isə mübarək Ramazan ayının niyyət axşamıdır. Müsəlmanlar üçün bu gecə xüsusi əhəmiyyət daşıyır, çünki sabahdan etibarən 30 günlük oruc ibadəti başlayır. Bu müqəddəs axşamda insanlar oruca niyyət edərək, günahlarından tövbə edir, xeyirxah niyyətlər tutur və qarşıdakı ayı ibadət və xeyir əməllərlə keçirməyə hazırlaşırlar.

Bu barədə Moderator.az-a  danışan ilahiyyatçı Ağa Hacıbəylı deyib ki, Allah Təala bu mübarək ayı həm millətimiz, həm də ümmət üçün xeyirlərə vəsilə eləsin və doya- doya o rəhmətdən hər kəs yararlansın:

“Ramazan orucu hilal göründüyü zaman başlayır və müsəlmanlar bu zaman niyyət edirlər. 

Niyyətin iki yolu var:

Hər gün üçün ayrıca niyyət etmək – "Sabah Allah rizası üçün oruc tutmağa niyyət etdim."

Ramazan ayının əvvəllində bir dəfə niyyət etmək – "Allahım, Sənin rizan üçün Ramazan ayının orucunu tutmağa niyyət etdim. Qurbətən ilallah."

Hər iki halda niyyət məqbuldur və bu, həm qəlbdən keçirməklə, həm də dilə gətirməklə mümkündür”.

Kimlərə oruc vacib deyil?

İlahiyyatçı vurğulayıb ki, bu şəxslərə oruc vacib deyil:

“Həddi-büluğa çatmamış uşaqlar

Yaşı çox irəliləmiş və özünü idarə edə bilməyən şəxslər

Ağır xəstə olan insanlar

Müsəlman olmayan şəxslər

Bunlar istisna olmaqla, həddi-büluğa çatmış, sağlam və səfərdə olmayan hər bir müsəlman üçün oruc vacibdir”.

Orucdan azad sayılan hallar

A.Hacıbəyli əlavə edib ki, Qurani-Kərim və hədislər müəyyən hallarda insanların orucdan azad sayıldığını bildirir:

“Səfərdə olan şəxslər – 48 km və ya bəzi fiqh məktəblərinə görə 90 km məsafə qət edən müsafirlər oruc tutmaya bilərlər.

Xroniki xəstə olan şəxslər – Şəkər, xərçəng kimi xroniki xəstəlikləri olan və oruc tuta bilməyən insanlar fidyə verməklə bu ibadəti əvəz edə bilərlər”.

Orucu tuta bilməyənlər nə etməlidir?

İlahiyyatçının sözlərinə görə, oruc tuta bilməyən insanlar iki qrupa bölünür:

“Müvəqqəti tuta bilməyənlər – Səfərdə olan və ya xəstəlik səbəbindən oruc tuta bilməyənlər daha sonra bu orucun qəzasını yerinə yetirməlidirlər.

Daimi tuta bilməyənlər – Xroniki xəstəlik səbəbindən heç vaxt oruc tuta bilməyən şəxslər fidyə verməlidirlər. Fidyə ilə ehtiyacı olan şəxslərə yemək verilir və bu şəkildə ibadət yerinə yetirilmiş olur.

Ramazan orucu, müsəlmanların mənəvi saflığını artıran və Allahın rizasını qazanmağa kömək edən bir ibadətdir. Allah-Təala hər kəsin ibadətini qəbul etsin!”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Fevral 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri