Icma.az
close
up
RU
Bu görüntülər hər şeyi ortaya qoyur Deputat

Bu görüntülər hər şeyi ortaya qoyur Deputat

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Avropa siyasətində korrupsiya və lobbiçilik iddiaları yenidən gündəmə gəlib. “Minval Politika”nın yaydığı sensasiyalı video görüntülər Avropa qurumlarında erməni lobbisinin təsir imkanlarını və Avropa İttifaqının yüksək dairələrində baş vermiş korrupsiya əlaqələrini açıq şəkildə ortaya qoyur. Söhbət BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Ocampo və onun oğlu Tomas Ocamponun yer aldığı görüntülərdən gedir. Videoda onların məqsədləri, əlaqələri və bu məqsədlərə çatmaq üçün istifadə etdikləri vasitələr barədə açıq danışmaları ciddi müzakirələrə səbəb olub.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında deyib ki, Okamponun etirafları əslində Avropa Parlamentinin daxilində hansı proseslərin baş verdiyini göstərir:
“Bu erməni lobbisinin Avropada nüfuzdan düşmüş və cinayət xarakterli fəaliyyətlərdə adı hallanan şəxslərlə necə dərin əlaqələr qurduğunu da ifşa edir. Biz daha əvvəl Avropa Parlamentinin bəzi deputatlarının Yunanıstanla bağlı məsələlərdə necə ifşa olunduğunun şahidi olduq. Rüşvət müqabilində lobbiçilik fəaliyyəti göstərən həmin parlamentarilər heç bir hüquqi və mənəvi dəyərə sadiqlik nümayiş etdirmədən, siyasət və diplomatiyanı korrupsiya şəbəkəsinin alətinə çeviriblər. İndi isə bu etiraflar göstərir ki, məsələ təkcə bəzi Avropa Parlamenti üzvlərinin, eləcə də Josep Borrell kimi şəxslərin korrupsiya sxemlərində alətə çevrilməsi ilə məhdudlaşmır. Burada eyni zamanda beynəlxalq hüquqa zidd, sivilizasiyalararası qarşıdurmanı təşviq edən və antisivilizasiya elementləri daşıyan yanaşmaların mövcudluğu da görünür. Bu isə korrupsioner şəbəkələrin hüquq anlayışını necə cinayət və rüşvət mexanizminə çevirdiyini bir daha ortaya qoyur. Bu baxımdan, Nikol Paşinyan hakimiyyətdən uzaqlaşdırmaq kimi absurd məqsəd qarşıya qoyan belə lobbi dairələrinin ciddi uğur qazanacağı inandırıcı görünmür. Lakin bütün hallarda bu etiraflar Avropa siyasətində baş verən proseslərin və bəzi siyasətçilərin fəaliyyətinin ifşa olunması baxımından mühüm əhəmiyyət daşıyır”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Aprel 2026 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri