Icma.az
close
up
RU
Bu gülü qoparana 700 minlik CƏRİMƏ

Bu gülü qoparana 700 minlik CƏRİMƏ

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin Ordu vilayətinin Akkuş rayonunda bitən və dünyada yalnız bu bölgədə rast gəlinən endemik Akkuş zanbağını qoparan şəxslər 699 min türk lirəsi (30 min manata yaxın) məbləğində inzibati cərimə ilə üzləşəcəklər.

Lent.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ordu təxminən 700 qeydiyyata alınmış bitki növünə ev sahibliyi edir. Onlardan 130-u endemik növ hesab olunur. Xüsusilə yay aylarında yaylaqlarda və yüksək dağlıq ərazilərdə açan yüzlərlə müxtəlif çiçək bölgənin təbii gözəlliyini daha da zənginləşdirir.

Bu nadir bitkilər arasında xüsusi yer tutan Akkuş zanbağı hər ilin iyun və iyul aylarında Akkuş rayonunun dağlıq ərazilərində çiçək açır. Təxminən 20 gün ömür sürən bu bitki ilk dəfə 1993-cü ildə aşkar edilib.

Təxminən beş il davam edən elmi araşdırmalardan sonra bitki "Lilium akkusianum" adı ilə elmi ədəbiyyata daxil edilib. Boyu 1,5 metrə qədər çatan Akkuş zanbağı hazırda dövlət tərəfindən qorunan endemik növlər siyahısındadır.

Mövcud qaydalara əsasən, bu nadir bitkini qoparan şəxslərə 699 min türk lirəsi məbləğində inzibati cərimə tətbiq olunur.

Ordu Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Hilmi Gülər sosial şəbəkə hesabında paylaşım edərək vətəndaşları və bölgəyə gələn turistləri bu unikal bitkini qorumağa çağırıb.

O bildirib ki, Akkuş zanbağı dünyanın başqa heç bir yerində bitmir və gələcək nəsillərə çatdırılması hər kəsin məsuliyyətidir.

"Bu nadir çiçəyi heyranlıqla seyr edin, gözəl ətrini hiss edin, amma onu qoparmayın. Arqan yaylasının bu möhtəşəm gözəlliyini birlikdə qoruyaq və gələcək nəsillərə ötürək", – deyə bələdiyyə sədri vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://lent.az
archiveBu xəbər 10 İyul 2026 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see627

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see318

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see307

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see300

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see297

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see295

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see282

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see268

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see263

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see254

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see248

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see239

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see234

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see234

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see234

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see230

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see228

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see226

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri