Bu gün Azərbaycanda Hərbi Hava Qüvvələri günüdür
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Bu gün Azərbaycanda Hərbi Hava Qüvvələri Günüdür.
Hərbi hava qüvvələrinin yaranma tarixi 1919-cu ildən götürülsə də, milli hərbi qurum kimi formalaşdırması 1992-ci ilə təsadüf edir.
14 fevral 1992-ci ildə Milli Ordunun Hərbi Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunub.
1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb.
Azərbaycan Hərbi Hava Qüvvələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xüsusi qoşun növüdür.
Hərbi Hava qüvvələri 44 günlük Vətən müharibəsində Ermənistanın eşelonlaşdırılmış hava hücumundan müdafiə sistemini məhv etmək üçün "Qarabağ mücrüsü" adı verilən bir sıra tədbirlərdən ibarət xüsusi əməliyyat planı hazırlayıb.
Bu plan Ermənistan ordusunu çaş-baş salan taktikalardan ibarət olub.
Plan uğurla icra olunub və Ermənistan ordusunun məhv edilməsində böyük rol oynayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 14 Fevral 2026 01:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















