Icma.az
close
up
RU
Bu gün Dünya Torpaq Günüdür

Bu gün Dünya Torpaq Günüdür

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

5 dekabr Dünya Torpaq Günüdür. Bu gün Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2014-cü ildən rəsmi olaraq elan edilib. Hər ilin bu günü torpaqların dayanıqlığının təmin edilməsi, deqradasiyadan, çirklənmədən qorunması, effektiv və rasional istifadəsi kimi məsələlər gündəmə gətirilir. Hər il dekabrən 5-də “Torpaq və su - həyat mənbəyidir” devizi altında ətraf mühitin qorunması, yaşıllıqların artırılması məqsədilə müxtəlif aksiyalar keçirilir.

Müasir dünyamızda əkinə yararlı, məhsuldar torpaq qatını məhv edən əsas amil qlobal iqlim dəyişikliyinin fəsadları müharibələrdir. Minalar partlayır, tırtıllı texnika hərəkət edir, partlayıcı maddələr işə düşür. Nəticədə torpaqların strukturu dəyişir.

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərlinin fikrincə, ekspertlər hesab edir ki, müharibələr, təbii fəlakətlər nəticəsində bütün dünyanın yalnız 3 faizi ekoloji cəhətdən toxunulmaz qalır. Müharibələr zamanı hərbi əməliyyatlar gedən, ağır texnikanın hərəkət və manevrlər etdiyi, minaların, raketlərin partladığı ərazilərdə bitki örtüyü və meşələr yandırılaraq məhv edilir. Sel və daşqınlar, qurarlıq, şoranlaşma da torpağı məhv edən əsas səbələrdəndir. Amma ekosisetmin məhvi, torpağın yararsızlaşması həm də antorpogen təsirlərlə bağlıdıdır. Hazırda dünyanın bir sıra regionlarında gedən müharibələr məhsuldar torpaqların sıradan çıxmasına, şoranlaşmasına yol açır. Dağıdıcı Vyetnam müharibəsi zamanı zəhərli kimyəvi maddələrdən istifadə olunması meşə massivlərinin məhv edilməsinə gətirib çıxarmışdı.

Vyetnam müharibəsindən 50 il vaxt keçib, bu gün də ölkənin təbiətə vurulmuş ziyan aradan qaldırmaq mümkün olmur. Bu ölkənin təbiətinə oranj kimi zərərli maddə atılıb. Bu təhlükəli maddə insanın nəfəs borusunu tamamilə məhv edir. Minlərlə insan o maddənin sonrakı fəsadından məhv oldu, ağır xəstəliklər tapdı. Vyetnam torpaqlarının çox hissəsi hələ də zəhərli maddələrlə çirkləndirilib. İkinci Dünya müharibəsindən sonra Rusiya torpaqları xeyli dərəcədə çirklənməyə məruz qaldı. Bizim əsas problemlərimizdən biri də torpaqlarımızın minalarla və partlamamış sursatlarla çirklənməsidir.

Azərbaycan müharibədən yenicə çıxmış ölkədir. Düz 30 ilə yaxın bir müddət ərzidən ərazilərimizin 20 faizi Ermənistanın işğalı altında qalmışdı. Ermənilər bu illər ərzində ölkəmizin yeraltı və yerüstü sərvətlərini talan etdilər. Meşələr yandırıldı, mədən sənayesi istismar edildi. Ərazilərimizdə qurulan hərbi məqsədli mühəndis istehkamları, iri texnikanın hərəkəti münbit torpaq qatının məhvinə səbəb olmuşdu. Müharibədən miras qalan ən böyük bəla isə mina və partlalamış hərbi sursatlardır. Bu gün təqribi hesablamalara görə, Qarabağ və Şərqi Zəngəzur ərazilərində 1.5 milyondan çox mina və partlamamış sursat mövcuddur. Əraziləri minalardan təmizləyərkən onların partladılması da ekosistemin məhvinə səbəb olur. Rəsmi məlumatlara görə, bu gün azad olunmuş ərazilərdə 147 988 hektar sahə yüksək səviyyədə çirklənmiş ərazidir, 675 570 hektar sahə isə orta səviyyədə çirklənib: “Bu gün ölkəmizdə təxminən Livan boyda olan ərazi dünyanın mina ilə ən çox çirklənmiş sahələrindən biri hesab olunur. Son 30 ildə Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarında ekoloji tarazlıq çox ciddi şəkildə pozulub.

Azərbaycana aid təbii sərvətlər məhv edilib, istismar olunub. Təqribi hesablamalara görə, işğal dönəmində ermənilər tərəfindən Azərbaycanın 54 min 328 hektar meşə sahəsi məhv edilib. Qarabağ və Şərqi Zəngəzurda yerləşən, Qırmızı ktaba daxil edilmiş növlərin qorunub saxlandığı Bəsitçay ve Qaragöl dövlət təbiət qoruqları, Laçın, Qubadlı və Daşaltı yasaqlıları talan edilib. İşğal dönəmində həmçinin Zəngilanda qiymətli Şərq çinarı meşəsi, yaşı 1000-2000 ildən çox ağaclar məhv edilib”.

Onun sözlərinə görə, müharibədən zərər görmüş torpaqların özünübərpası uzun zaman alacaq. Məsələn, ekspertlərin fikrincə, Qarabağ və Şərqi Zəngəzurda elə sahələr var ki orada bərpa 1-2 ilə başa gəlir. Deyək ki, taxıl zəmisini barbarcasına yandırıblar, növbəti ildə orada başqa bitkilər əkmək olur. Ancaq yandırılmış meşələrin bərpasına uzun müddət lazım olur. Xüsusən Dağlıq Qarabağ kimi soyuq mühitdə, qışı uzun çəkən bölgədə ekosistemin özünübərpasına uzun müddət lazım olur.

Qarabağ və Şərqi Zəngəzur ərazisində relyef baxımından dağlıq və aşağı hissələr dağətəyi maili düzənliyə malikdir. Ərazi xüsusi meyllənmə relyefinə malikdir. Bu meylənmə şəraitində torpaqların eroziyaya meyliliyi zatən təbiətdə mövcuddur. Ermənilərin vandal yanaşması hərbi eroziyanın dəfələrlə artmasına gətirib çıxarıb. Elə xəndəklər qazıblar ki, onun içərisi ilə iri yük maşınları keçir, amma onlar ətrafdan görünmür. Həmin ərazidə çox ciddi yarğan eroziyasının yaranmasına gətirib çıxarır. Eroziya deqradasiya amilinin xüsusi əhəmiyyət kəsb edən hissəsisdir. Ölkə ərazisində torpaqların 42 faizi artıq eroziyaya məruz qalıb: “Torpaqların 30 faizi şoranlaşıb və şorəkətləşib. Azərbaycan aztorpaqlı ölkələr kateqoriyasına aiddir.

Son 30 ildə dağlıq ərazilərdə eroziya prosesi intensivləşib. Eroziyanın təsiri fonunda bitki örtüyünün, biomüxtəlifliyin deqradasiyası baş verib. Bu baxımdan ermənilərin vurduğu ziyanın miqyasını çox böyükdür, ölçüyəgəlməzdir.

Azərbaycan üçün endem olan Şərq çinarının məhvi göz qabağındadır. Zəngilanda, Cəbrayılda, Ağdamda qiymətli ağaclar olan meşələrin qırılması müşahidə edilib. Ağdamda təxminən 100 hektardan çox püstə meşələri vandal hücumuna məruz qalıb və artıq tarixə qovuşub. Laçın rayonun Kamallı kəndi ərazisində 30 hektara yaxın aqromeşə var idi. Biz o ərazini peyk məlumatları ilə davamlı izləyirik. Təxminən 100 ilə yaxın yaşı var idi o aqromeşənin.

Orada müxtəlif alma, gilas, albalı, tut ağacları var idi. O boyda məhsuldar meşədən cəmi 1 alma ağacı qalıb. Meşələrin qırılması torpaqda neqativ proseslərin: deqradasiya və eroziyanın yaranmasına gətirib çıxarır.

Cəbrayıl rayonu üzrə meşələrin və bitkilərin 90 faizi məhv olub. Bu bölgədə kollar, meşələr, ot bitkilər tamamilə məhv olub, ərazidə yarımsəhra vəziyyəti yaranıb. Ümumilikdə işğal dönəmində Xankəndi üzrə 11.6 faiz, Xocavənd üzrə 17 faizdən çox, Kəlbəcər üzrə 23, Laçın üzrə 36, Şuşa üzrə 36 faiz, Tərtər üzrə 6, Zəngilan üzrə 46, Füzuli üzrə 2 faizə yaxın, Qubadlıda 50 faiz meşə ərazisi məhv edilib.

Bu gün ətraf mühitin mühafizəsi, bioresursların, torpaq qatının qorunması ilə bağlı ciddi maarifləndirmə tədbirlərinə ehtiyac var. Torpağın əhəmiyyətinə diqqəti artırmaq və torpaq ehtiyatlarının davamlı idarə olunmasını təbliğ etmək lazımdır.

Mütəxəssislərin fikrincə, ölkənin aqrar sektoru üçün xarakterik olan selləmə suvarma üsulundan imtina etmək lazımdır. Bu, təkcə su itkisini artırmır, həm də torpağın münbit qatının məhvinə yol açır. Fermerlərin damcı, çiləmə suvarma qurğularına əlçatanlığı təmin olunmalıdır. Bunun üçün onlara güzəştli kreditlərin verilməsi yaxşı olardı.

Yaşıllıq sahələrinin artırılması günün vacib tələbidir. Son illər ölkəmizdə hektarlarla meşə sahələri bərpa edilib, yenidən salınıb. Bu proses sürətləndirilməlidir. Su və torpaq resurslarını qorunması ilə bağlı fermerlər arasında təbliğat işlərinin artırılması zəruridir”.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 Dekabr 2024 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see192

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see191

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see131

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see126

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see120

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see113

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see113

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see112

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see112

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see112

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see112

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see112

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see112

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see110

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri