Bu gün Dünya Keyfiyyət Günüdür
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 12 noyabr, AZƏRTAC
Hər il noyabrın ikinci cümə axşamı Dünya Keyfiyyət Günü qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bu günün əsas məqsədi məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsinin, keyfiyyətli idarəetmə sistemlərinin təkmilləşdirilməsinin və davamlı inkişafın əhəmiyyətinə diqqət çəkməkdir.
Dünya Keyfiyyət Günü ilk dəfə 1989-cu ildə qeyd olunub. Bu təşəbbüs keyfiyyətin cəmiyyətin rifahına, ölkələrin iqtisadi inkişafına və təşkilatların fəaliyyətinə verdiyi töhfəni beynəlxalq səviyyədə təşviq etmək məqsədi daşıyır.
Keyfiyyət anlayışı yalnız istehsal olunan məhsulların standartlara uyğunluğu ilə məhdudlaşmır. Bu anlayış səhiyyə, təhsil, nəqliyyat, tikinti, xidmət sektoru və digər sahələrdə göstərilən xidmətlərin etibarlılığını, təhlükəsizliyini və səmərəliliyini də əhatə edir.
Müasir dövrdə keyfiyyətin təmin edilməsi müəssisələrin rəqabət qabiliyyətinin artırılmasında, istehlakçı məmnunluğunun yüksəldilməsində və resurslardan səmərəli istifadədə mühüm rol oynayır. Eyni zamanda, keyfiyyətə nəzarət istehsal prosesində qüsurların və itkilərin azaldılmasına, məhsul və xidmətlərə olan etimadın möhkəmləndirilməsinə imkan yaradır.
Qeyd edək ki, 2026-cı ildə Dünya Keyfiyyət Həftəsi noyabrın 9-dan 13-dək keçirilir. Bu il kampaniyanın əsas mövzusu keyfiyyətin təşkilatların fəaliyyət göstəricilərinin və səmərəliliyinin yüksəldilməsində roluna həsr olunub.
Müxbir- Günel Türksoy
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 12 Noyabr 2026 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















