Icma.az
close
up
RU
Bu gün Dünya Poeziya Günüdür

Bu gün Dünya Poeziya Günüdür

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

21 mart Dünya Poeziya Günü kimi qeyd edilir.

BAKU.WS xəbər verir ki, bu əlamətdar gün 1999-cu ildə YUNESKO tərəfindən şeir ifadəsi ilə dil müxtəlifliyini dəstəkləmək və nəsli kəsilməkdə olan dillərə kömək imkanını yaratmaq məqsədi ilə yaradılıb.

Ən əsas məqsəd isə şeirin oxunmasını, yazılmasını, nəşrini və tədrisini bütün dünyada təbliğ etməkdir. Poeziya qədim zamanlardan başlayaraq insanın mənəvi ehtiyacına çevrilib, onun arzu və istəklərini, duyğu və düşüncələrini, sevinc və kədərini poetik özünəməxsus şəkildə büruzə verib.

Dünyanın bir sıra mədəni xalqlarının ədəbiyyatı kimi, bəşəriyyətin söz xəzinəsini zənginləşdirən Azərbaycan poeziyası da xalqımızın tarixi qədər qədim, mənəviyyatı qədər zəngindir.

Azərbaycanda "Dünya Poeziya Günü" 2007-ci ildən etibarən qeyd olunur. Məqsəd poeziya sənətini təbliğ etmək, şeiri insanlara sevdirmək, xalqları ədəbiyyatın bu janrı ilə bir-birinə yaxınlaşdırmaqdır. Azərbaycan şairləri, bütövlükdə, Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatının inkişafına güclü təsir göstərib, özünəməxsus poeziya məktəbi yaradıblar.

Azərbaycanda poeziyanın ilk nümunələri şifahi xalq ədəbiyyatı zəminində formalaşmış bayatılar, holavarlar, sayaçı sözləri və digər mövsüm-mərasim nəğmələridir.Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra yazıçı və şairlərimizə qayğı daha da artıb, bədii fikrin nadir hadisəsi olan poeziya xalqımızın mənəviyyatının ayrılmaz hissəsi kimi yeni inkişaf mərhələsinə yüksəlib.

"Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza, birinci növbədə, ədəbiyyatdan gəlir", – deyən ümummilli liderimiz müasir ədəbi prosesin inkişafı üçün hər cür şərait yaradıb.

Bu gün də dövlətimizin hərtərəfli qayğısı ilə Azərbaycan şairləri ümumbəşəri mahiyyət daşıyan çoxşaxəli yaradıcılıqları ilə dünya bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirir, milli şeriyyəti yüksəklərə qaldırırlar. Şairlərimizin bədii fikir salnaməsində parlaq səhifələr açan əsərləri insanların mənəvi kamilləşməsinə xidmət göstərir.

Bu həm də ədəbiyyatın ən ali vəzifəsi kimi xüsusi əhəmiyyət kəsb edir.Azərbaycan dünyaya Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, İzzəddin Həsənoğlu, Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani və onlarla digər dahi şairləri bəxş edib.

XX-XXI əsrdə bu ənənələr Mikayıl Müşfiq, Məmməd Araz, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Nüsrət Kəsəmənli, Əli Kərim, Süleyman Rüstəm, Ramiz Rövşən, Musa Yaqub və digərləri ilə davam etdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://baku.ws
archiveBu xəbər 21 Mart 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri