Icma.az
close
up
RU
Bu gün müharibənin taleyi həll edilir: Nəyin müqabilində?

Bu gün müharibənin taleyi həll edilir: Nəyin müqabilində?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransa və Britaniya rəhbərliyi Ukraynanın bəzi ərazilərinin itirilməsini, yəni 2022-ci ildən sonra rəsmi şəkildə Rusiya Federasiyasının ilhaq etdiyi bölgələri tanıması ilə nəticələnə biləcək sülh sazişi ssenarisinə “açıqdır”.
"Cebheinfo.az"
xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, London və Paris hesab edir ki, əgər Ukrayna bu cür tanımaya razılaşsa, bunun əvəzində onun gələcək təhlükəsizliyinə dair etibarlı təminat və davamlı iqtisadi inkişaf üçün güclü dəstək alacaq: 

“Amma Fransa və Britaniya istərdi ki, Kiyev bu bölgələrin itirildiyini sadəcə de-fakto, yəni rəsmiləşdirmədən qəbul etsin. Onlar bu yanaşmanı Şimali və Cənubi Koreya arasında 1950–1953-cü illərdəki müharibədən sonra imzalanan atəşkəs sazişi ilə müqayisə ediblər”. Ukraynanın bəzi əraziləri rəsmi şəkildə itirdiyini tanımaq ehtimalı Kiyev rəhbərliyi və Avropadakı tərəfdaşlarında narahatlıq doğurub. 

Qəzet qeyd edir ki, belə bir addım atmaq üçün Ukraynada həm siyasi, həm də hüquqi baxımdan ciddi maneələri aşmaq lazım olacaq. Qeyd edək ki, aprelin 23-də Londonda keçiriləcək Ukrayna ilə bağlı danışıqlarda ABŞ rəsmiləri Ukrayna, Fransa və Britaniyaya yeddi bəndlik sülh planı təqdim edəcək. 

Plana görə, Vaşinqton dərhal atəşkəsin elan olunmasını, Ukrayna ilə Rusiya arasında birbaşa danışıqların başlanmasını, Kiyevin NATO-ya üzvlük istəyindən imtinanı, Krımın Rusiya ərazisi kimi tanınmasını və 2022-ci ildən sonra Rusiya tərəfindən faktiki olaraq nəzarətə götürülmüş ərazilərin bu şəkildə qəbulunu təklif edəcək. Görüş ərəfəsində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Financial Times" qəzetinə açıqlamasında bildirib ki, ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı danışıqlar asan keçməyəcək və bu proses vaxt aparacaq. O, həmçinin əlavə edib ki, bu danışıqlardan tez bir nəticə gözləmək düzgün olmaz. 

Səbinə Uğur 
"Cebheinfo.az"

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Aprel 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri