Bu gün “Qızıl top” mükafatının təqdimetmə mərasimi keçiriləcək
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün dünya futbolunun ən nüfuzlu fərdi mükafatlarından biri olan “Qızıl top”un 70-ci təqdimetmə mərasimi keçiriləcək.
XQ xəbər verir ki, 2025–2026-cı illər mövsümünün nəticələrinə həsr olunan tədbir Londonda, “Palladium” teatrında təşkil ediləcək.
İlk dəfədir ki, dünya futbolunun əsas fərdi mükafatı Fransa hüdudlarından kənarda veriləcək. Mərasimin Londonda keçirilməsi 1956-cı ildə “Qızıl top”un ilk qalibi olmuş ingiltərəli futbolçu Stenli Metyuzun adı ilə əlaqələndirilir.
Kişilər arasında mükafatın qalibi 30 futbolçu arasından seçiləcək. Namizədlər sırasında Harri Keyn (“Bavariya”), Lamin Yamal (“Barselona”), Kilian Mbappe (“Real Madrid”), Usman Dembele (PSJ), Lionel Messi (“İnter Mayami”) və digər futbolçular yer alırlar.
“Qızıl top”un qalibini beynəlxalq futbol jurnalistlərindən ibarət münsiflər heyəti müəyyənləşdirəcək. Heyətə FIFA reytinqində ilk 100-lükdə yer alan ölkələrin hər birindən bir jurnalist daxil edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 26 Oktyabr 2026 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















