Icma.az
close
up
RU
Bu gün Türk Dünyasının Həmrəyliyi Günüdür

Bu gün Türk Dünyasının Həmrəyliyi Günüdür

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Hər il may ayının 3-ü Türk dünyasında Türk Dünyasının Həmrəyliyi Günü kimi qeyd olunur.

“Cebheinfo.az” xatırladır ki, 3 May bayramının təməlində II Dünya müharibəsi dayanır. 1940-cı illərin əvvəllərində müharibəyə qatılmaq istəməyən, bunun üçün müxtəlif bəhanələr gətirən Türkiyə hökuməti bir tərəfdən də faşist Almaniyası ilə əlaqələri pozmamağa çalışırdı.

Həmin vaxt Türkiyənin baş naziri olmuş Şükrü Saracoğlu 5 avqust 1942-ci ildə parlamentdə çıxışı zamanı türkçülük idealarına toxunaraq, sosializm iddialarını rədd etmiş, türkçülüyün bir qan məsələsi olduğu qədər bir vicdan, mədəniyyət məsələsi olduğunu da vurğulamışdı.

Bu hadisədən sonra Hüseyn Nihal Adsız hökumətdə kommunist kadrların yerləşdirildiyi fikrindən dönmür və baş nazirə açıq məktub yazır.
Bu məktublarda şairin şikayət etdiyi adlar arasında təhsil naziri Əli Yücel, Sədrəddin Cəlal Antel, Əhməd Cavad Əmrə və Səbahəddin Əlinin də adı olur.

Nihal Adsızın məktubundan sonra Səbahəddin Əli onu məhkəməyə verir. İlk məhkəmə prosesi 26 aprel 1944-cü ildə başlasa da, sonra Türkçülük Bayramı kimi qeyd olunacaq günə - 3 maya ertələnir.

İrqçilik iddiası ilə məhkəmələrə çəkilən şairin tərəfdarları 3 may 1944-cü ildə böyük etiraz nümayişi keçirir. Sonradan "Ankara nümayişi" adını alan həmin yürüşü anmaq məqsədi ilə qutlamalar təşkil olunub. 

İlk dəfə 3 may 1945-ci ildə türk dünyasının böyük isimləri Nihal Adsız, Zəki Vəlidi Toğan, Nejdət Sançar və Rəha Oğuz Türkqan başda olmaqla 10 məhkum Topxana hərbi həbsxanasında bu günü bayram kimi qeyd edib.

1954-cü ildən etibarən bu gün Nihal Adsızın təşəbbüsü ilə Türkçülük Günü kimi qeyd olunur. Alparslan Türkeş Milliyyətçi Hərəkat Partiyasını qurandan sonra isə bu gün daha geniş şəkildə keçirilir.

“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:314
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 May 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see333

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see314

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see305

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see302

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see293

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see284

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see264

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see260

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see253

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see250

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see247

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see244

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see238

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see237

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see230

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see217

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see202

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see202

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri