Icma.az
close
up
RU
Qarabağda təcəssüm edən Türk dünyasının həmrəyliyi

Qarabağda təcəssüm edən Türk dünyasının həmrəyliyi

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin dərinliyi yalnız siyasi bəyanatlarda və iqtisadi göstəricilərdə deyil, ortaq dəyərlərin konkret əməllərdə ifadəsində də özünü göstərir. Bu yaxınlığın ən təsirli nümunələrindən biri işğaldan azad edilmiş ərazilərin bərpasında qardaş ölkələrin fəal iştirakıdır.

Zəfərdən sonra Azərbaycanın qarşısında yeni və mühüm vəzifələr dayanırdı: dağıdılmış şəhər və kəndləri yenidən qurmaq, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək və Qarabağla Şərqi Zəngəzurun iqtisadi potensialını yenidən həyata qaytarmaq. Bu genişmiqyaslı prosesdə Mərkəzi Asiya ölkələrinin iştirakı xüsusi siyasi və mənəvi məna daşıyır. Qardaş dövlətlərin dəstəyi Azərbaycanın Zəfərinə verilən mənəvi qiymətlə yanaşı, regionun gələcəyinə olan inamın və Azərbaycanla həmrəyliyin konkret ifadəsidir.

Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb inşa etməsi bu baxımdan xüsusi rəmzi əhəmiyyət daşıyır. Bu məktəb yalnız yeni nəslin təhsil alacağı müasir təhsil ocağı deyil, eyni zamanda iki xalqın tarixi, mədəni və mənəvi bağlarının gələcək nəsillərə ötürülməsinin simvoludur. Qazaxıstanın Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi yaratması, Qırğızıstanın Ağdamda Manas adına məktəb inşa etməsi də eyni həmrəylik məntiqinin davamıdır.

Türkmənistanın Füzulidə məscid tikintisinə verdiyi töhfə isə münasibətlərin mənəvi qatını daha da gücləndirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu təşəbbüs xalqlarımız arasında dostluğun, qardaşlığın və mənəvi yaxınlığın ifadəsidir. Belə layihələr göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlər yalnız diplomatik və iqtisadi əlaqələrlə məhdudlaşmır, xalqların tarixi yaddaşında və mənəvi dünyasında da möhkəmlənir.

Azərbaycan–Mərkəzi Asiya münasibətlərində siyasi dialoqun intensivləşməsi də yeni mərhələnin mühüm göstəricisidir. Xüsusilə Azərbaycan–Türkmənistan münasibətlərində son dövrdə yüksək səviyyəli qarşılıqlı səfərlərin artması iki ölkə arasında siyasi iradənin və qarşılıqlı etimadın yüksək səviyyəsini nümayiş etdirir. Ötən ildən etibarən iki ölkə arasında ən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi əlaqələrin dinamik inkişafının göstəricisidir.

Eyni dinamika Azərbaycanın digər Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində də müşahidə olunur. Qarşılıqlı səfərlər və yüksək səviyyəli siyasi təmaslar artıq regional əməkdaşlığın mühüm mexanizminə çevrilib. Azərbaycanın bu əməkdaşlıq formatında tamhüquqlu üzv olması isə münasibətlərin institusional inkişafında mühüm siyasi nəticədir. Ötən ilin noyabrında qəbul edilən yekdil qərar Azərbaycanın region dövlətləri ilə qarşılıqlı etimad və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında qurduğu münasibətlərə verilən yüksək qiymət kimi dəyərləndirilə bilər. Türkmənistanın təşəbbüsü ilə başlayan bu proses Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığının institusional əsaslarını daha da möhkəmləndirib.

Siyasi yaxınlaşma iqtisadi əlaqələrin genişlənməsi ilə də paralel şəkildə inkişaf edir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin ötən il 50 faizdən çox artması, ölkəmizdə bu dövlətlərin kapitalı ilə 400-dən artıq şirkətin fəaliyyət göstərməsi əməkdaşlığın real iqtisadi məzmununu ortaya qoyur. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yaradılmış birgə investisiya fondları isə münasibətlərin növbəti mərhələdə keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi üçün geniş imkanlar yaradır.

Burada əsas məqsəd yalnız ticarət dövriyyəsini artırmaq deyil. Birgə investisiyaların həyata keçirilməsi, yeni istehsal sahələrinin yaradılması, qarşılıqlı iqtisadi layihələrin genişləndirilməsi və məhsulların üçüncü ölkələrin bazarlarına çıxarılması əməkdaşlığın daha strateji xarakter aldığını göstərir. Türkmənbaşı görüşündə imzalanan Birgə Bəyanat və Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar da bu əməkdaşlığın siyasi və institusional çərçivəsini daha da möhkəmləndirib. Belə sənədlər ortaq siyasi iradənin və qarşılıqlı etimadın institusional müstəvidə ifadəsidir.

Bütün bunlar göstərir ki, Azərbaycan–Mərkəzi Asiya münasibətləri artıq ənənəvi diplomatik əlaqələr çərçivəsini aşaraq çoxşaxəli strateji tərəfdaşlıq mərhələsinə daxil olur. Qarabağda ucaldılan məktəblər, yaradıcılıq mərkəzi və məscid isə bu münasibətlərin ən canlı və təsirli nümunələridir. Onlar Azərbaycanın Zəfərdən sonra qurduğu yeni həyatın Mərkəzi Asiyadan gələn qardaşlıq və həmrəylik mesajları ilə müşayiət olunduğunu göstərir.

Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və məqsədyönlü diplomatiya nəticəsində Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında formalaşan tərəfdaşlıq siyasi etimadı konkret layihələrə, iqtisadi imkanları birgə təşəbbüslərə, tarixi və mənəvi yaxınlığı isə real həmrəyliyə çevirir. Bu baxımdan Azərbaycan–Mərkəzi Asiya münasibətlərinin inkişafı təkcə ikitərəfli əlaqələrin deyil, bütövlükdə Türk dünyasının və regionun gələcək əməkdaşlıq modelinin formalaşması baxımından strateji əhəmiyyət daşıyır.

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Oktyabr 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see408

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see341

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see339

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see309

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see308

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see298

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see295

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see294

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see288

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see279

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see272

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see271

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see258

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see255

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see250

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see244

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see243

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see239

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see230

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri