Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

İnsan sağlamliğina verilən dəyər

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

İslam dünyasının həmrəyliyi TƏHLİL

İslam dünyasının həmrəyliyi TƏHLİL

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın müsəlman dünyası ilə əlaqələrinin genişlənməsi prosesi son dövrlər daha intensiv xarakter almışdır. İslam həmrəyliyinin gücləndirilməsi məqsədi ilə Azərbaycan dövləti ardıcıl olaraq siyasət yürüdür. Tarixi keçmişi, dini. mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycan töhfəsini verir.

Azərbaycanın İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan ICESCO ilə də münasibətləri də möhkəm təmələ əsaslanır. 1979-cu ildə təşkil edilmiş ICESCO ilə Azərbaycan dövləti yaxından əməkdaşlıq edir. Azərbaycan İslam dünyasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, dünyada sülhün və təhlükəsizliyin təşviqi sahəsində böyük səylər göstərən mühüm təşkilatlardan olan ICESCO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Azərbaycan dünyada həmrəyliyin, eləcə də islam həmrəyliyinin təmin edilməsinin tərəfdarı kimi çıxış edir. Bu gün Azərbaycan islam həmrəyliyi ideyalarına və mədəniyyətlərarası dialoq ənənələrinə sadiqdir. Azərbaycan öz əqidəsinə, milli dəyərlərinə sadiq bir dövlətdir. Azərbaycan islami dəyərlərə, islam dininə bağlı dövlətdir. Bunun nəticəsidir ki, müasir dövrümüzdə ölkəmizdə islami dəyərlər, multikulturalizm məktəbi və tolerantlıq yeni dövrünü yaşayır.

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılıb və təhqir olunubdur. 30 ilə yaxın erməni işğalına məruz qalmış Azərbaycanın 20 faizə yaxın torpağı işğal altında idi. BMT-nin Qarabağın Azərbaycana məxsus olduğunu rəsmi sənədlərlə təsdiqləməsinə baxmayaraq, qurum ötən 30 ildə münaqişənin həlli üçün heç bir müsbət addım atmadı. Özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. 44 günlük Vətən müharibəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. 28 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən Ermənistan cəmi 44 gün ərzində öz məğlubiyyəti ilə barışdı. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış edərək sülh yolu ilə həllin beş əsas prinsipini işləyib hazırladı. Bu gün Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycan sülh prosesinə sadiqdir. Azərbaycan Ermənistanla münasibətlərin sülh yolu ilə həllinə töhfə vermək üçün ciddi addımlar atır.

Vətən müharibəsi zamanı ICESCO-nun ölkəmizin haqq işini dəstəkləyən bəyanatlar verməsi və müharibədən sonra bölgəyə texniki heyət göndərən ilk beynəlxalq təşkilat olması Azərbaycanda yüksək qiymətləndirilir.

10 BÖLGƏDƏ 75 İRS ABİDƏSİ ZİYARƏT EDİLİB

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ciddədəki katibliyinin dərc etdirdiyi "OIC" jurnalın növbəti nömrəsində 2025-ci ildə təşkilata üzv ölkələrdə həyata keçirilən tədbirlər, müxtəlif görüşlər, o cümlədən İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) xətti ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində erməni işğalçıları tərəfindən dağıdılmış tarix-mədəniyyət abidələrinin vəziyyətinin yoxlanılması üzrə missiya barədə məqalələr dərc olunub. Məqalədə ICESCO-nun Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə Qarabağa ikinci texniki sahə missiyası göndərdiyi diqqətə çatdırılır, həmçinin "İslam dünyasında münaqişədən sonrakı dövrdə irsin idarə edilməsi" proqramı çərçivəsində mədəni, dini abidələrin qorunub saxlanılması vəziyyətini qiymətləndirmək istiqamətində görülən işlər barədə məlumat verilir.

Missiya 2025-ci il aprelin 18-dən 30-dək Azərbaycanda olduğu müddətdə 10 bölgədə 75 irs abidəsini ziyarət edib. Mənbədə qeyd olunur ki, bu irs nümunələri sırasında məscidlər, kilsələr, muzeylər, tarixi abidələr, arxeoloji sahələr, qəbiristanlıqlar, ziyarətgahlar, görkəmli mədəniyyət xadimlərinin evləri, inzibati binalar və kollektiv yaddaşla əlaqəli digər məkanlar olub. Missiya onları sənədləşdirib, fotoşəkillər və videolar, habelə şahid ifadələrindən ibarət məlumat bazası yaratmaq üçün fəaliyyətə başlayıb.

AZƏRBAYCANIN MİLLİ İRSİNİ BƏRPA ETMƏK VƏ QORUMAQ TƏŞƏBBÜSÜNƏ DƏSTƏK

Missiya arxeologiya, memarlıq və mədəni irsin idarə edilməsi üzrə İraq, İtaliya və İspaniyanı təmsil edən dörd müstəqil beynəlxalq ekspertdən ibarət olub. Bu mütəxəssislərin hər biri 20 ildən artıq təcrübəyə və zəngin elmi biliklərə malikdir. Missiyaya Romada yerləşən Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) baş direktoru Vebber Ndoro rəhbərlik edirdi. Ekspert qrupu, həmçinin Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmiləri, Qarabağ bölgəsində yerli hakimiyyət orqanlarının nümayəndələri ilə koordinasiya görüşləri keçirib. Bu görüşlərdə təcrübə mübadiləsi aparılıb və missiyanın əhatə dairəsini genişləndirmək üzrə sahə məlumatlarının toplanması müzakirə edilib. Missiya üzvlərinə vacib materiallar, arxiv sənədləri, irs abidələrinin pasportları, inventar kartları, arxiv fotoşəkilləri və texniki təsvirlər təqdim olunub. Mütəxəssislərdən ibarət komanda onların əsasında və apardıqları müşahidələrin nəticəsi olaraq yekun hesabat hazırlayır.

Məqalədə qeyd edilir ki, hesabatda miqyası vurğulanacaq ermənilər tərəfindən vurulmuş maddi və qeyri-maddi ziyan, dağıdılmış irs abidləri, talan halları və digər məsələlər yer alacaq. Bu səy Azərbaycanın öz milli irsini tam bərpa etmək və qorumaq, onu gələcək nəsillərə miras qoymaq təşəbbüslərini dəstəkləmək məqsədi daşıyır.

Materialın sonunda Azərbaycan Prezidenti İlham Əliyevin ICESCO-nun təşəbbüslərinə, proqramlarına və layihələrinə dəstəyi vurğulanır.

"İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATI BİZƏ BİRMƏNALI DƏSTƏK OLDU"

Hazırda Azərbaycan təşkilatın fəal üzvlərindən biri kimi, müsəlman dünyasının üzləşdiyi cari problemlərin həllində aktiv iştirak edir. Təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində qətiyyət və təşəbbüskarlıq göstərir. Hələ müstəqilliymizin ilk illərində erməni təcavüzünə məruz qalmış, informasiya-təbliğat imkanları zəif və məhdud olan Azərbaycanın haqlı mövqeyinin İslam dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rolu qeyd edilməlidir. İƏT Azərbaycan və Ermənistan arasında münaqişənin həll olunması ilə bağlı Azərbaycana davamlı dəstək göstərib. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan torpaqlarının 20 faizinin qonşu Ermənistan tərəfindən işğalı ilə nəticələnmiş münaqişənin həlli ilə bağlı bir neçə qətnamə qəbul etmişdir. Rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqeyini diqqətdə saxlayaraq İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü", "Azərbaycana iqtisadi yardımın göstərilməsi" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması" adlı qətnamələr qəbul etmişdi. İƏT Azərbaycanın haqq işini hər zaman dəstəkləyib və bu, təşkilat üçün prioritet olaraq qalır. Bildiyimiz kimi, İƏT-in Baş Katibliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində hücumunu, atəşkəsi pozmasını, nəticədə azərbaycanlı əsgərlərin həlak olmasını və yaralanmasını kəskin şəkildə pisləyən bəyanat yaymışdı. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, İslam Əməkdaşlıq Təşkilatı bizə birmənalı dəstək oldu. Torpaqlarımızın işğaldan azad olunmasında hər zaman Azərbaycanı dəstəkləmişdir.

MÜNASİBƏTLƏRİN MÖHKƏM TƏMƏLİ

Əlbəttə ki, müasir dünyamızda baş verən siyasi proseslər, müsəlman ölkələrindəki müharibə və münaqişələr, bəzi ölkələrdə islamofobiyanın yayılması islam dünyasında həmrəyliyin zəruriliyini bir daha əyani surətdə göstərir. Belə şəraitdə Azərbaycan dünyada həmrəyliyin, eləcə də islam həmrəyliyinin təmin edilməsinin tərəfdarıdır. Bakıda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda istifadəyə verilmiş regional ofisinin fəaliyyəti münasibətlərin möhkəm təməl üzərində qurulduğunu göstərir. Əsrlər boyu sivilizasiyaların qovuşduğu məkan olan Bakıda yeni regional ofisin açılışı Mərkəzi Asiyanın ICESCO-nun üzvü olan dövlətlərinə xidmət göstərir. Regionun digər ölkələrinə də öz töhfəsini verməklə yanaşı, əməkdaşlıq və mükəmməllik ruhunun təşviqdir.

Xatırladaq ki, Bakı şəhərinin 2009-cu il üçün İslamın paytaxtı, eləcə də Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ICESCO-Azərbaycan münasibətlərini bir daha aydın göstərir. ICESCO-nun aylıq xüsusi jurnalında Azərbaycan ilə əlaqələrə həmişə geniş yer ayrılması, 2008-ci ildə Mərakeşdə Azərbaycan mədəniyyət günlərinin keçirilməsində ICESCO rəhbərliyinin göstərdiyi hərtərəfli dəstək davamlı əlaqələrin mövcudluğundan xəbər verir. Təşkilatın rəhbəri 2006-cı ildən etibarən respublikamızda keçirilmiş bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərdə fəal iştirak etmişdir. Bu sırada Bakıda keçirilmiş "Gənclər sivilizasiyaların alyansı naminə" mövzusunda beynəlxalq konfrans, Heydər Əliyev Fondunun təşəbbüsü, İSESKO-nun dəstəyi ilə keçirilmiş "Mədəniyyətlərarası dialoqda qadınların rolu" mövzusunda forum, "Bakı – İslam mədəniyyətinin paytaxtı – 2009" mədəniyyət ilinin açılış mərasimi, İslam ölkələri mədəniyyət nazirlərinin VI konfransı, Dünya Dini Liderlərinin Bakı Sammiti və Ümumdünya Mədəniyyətlərarası Dialoq və digər tədbirlərin adlarını qeyd etmək yerinə düşər. 2-3 dekabr 2019-cu il tarixlərində ICESCO-nun Baş qərargahında keçirilmiş İslam Dünyası İrsi Komitəsinin növbədənkənar toplantısında Azərbaycan mədəni irs nümunələri -Bakının İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi, Qobustan Qaya Sənəti Mədəni Landşaftı İslam Dünyası İrsi Siyahısına daxil edilmişdir. Hazırda Azərbaycan təşkilatın fəal üzvlərindən biri kimi, müsəlman dünyasının üzləşdiyi cari problemlərin həllində aktiv iştirak edir. Təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində qətiyyət və təşəbbüskarlıq göstərir.

"AZƏRBAYCAN ÖZ MÜSBƏT TƏCRÜBƏSİNİ BAŞQA ÖLKƏLƏRLƏ BÖLÜŞƏRƏK, ÜMUMBƏŞƏRİ DƏYƏRLƏRƏ QİYMƏTLİ TÖHFƏSİNİ VERİR VƏ VERƏCƏKDİR"

Azərbaycan 2017-ci ildə "İslam Həmrəyliyi Oyunları"nı qəbul etdi, Ölkəmizdə Cənab İlham Əliyevin Sərəncamı ilə "İslam Həmrəyliyi İli" elan olundu. Bu, islam ölkələrinin birliyinə verilən ən böyük töhfə oldu. İslam Konfransı Təşkilatının üzvü və ya müşahidəçisi olmayan ölkə ICESCO-nun üzvlüyünə iddia edə bilməz.

Şuşanın 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi şəhərin İslam sivilizasiyasının mərkəzlərindən biri kimi əhəmiyyətinin nümayişi üçün yaxşı fürsət olmuş oldu. 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edildi. Bu qərar islam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsi idi.

Hazırda Azərbaycan təşkilatın fəal üzvlərindən biri kimi, müsəlman dünyasının üzləşdiyi cari problemlərin həllində aktiv iştirak edir. Təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində qətiyyət və təşəbbüskarlıq göstərir.

Azərbaycan dünyanın tolerant mərkəzlərindən birinə çevrilib. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dialoqlar, mədəniyyətlərarası dialoq, humanitar forum, dünya dinlərinin liderlərinin zirvə görüşləri - bütün bunlar bu gün Azərbaycan reallıqlarıdır. Azərbaycan Prezidenti çıxışlarının birində vurğulayıb: "Biz çalışırıq bu tədbirlərin keçirilməsi ilə ümumi işimizə töhfəmizi verək ki, dünyada da dini, milli zəmində heç vaxt anlaşılmazlıq və qarşıdurma olmasın. Əfsuslar olsun ki, biz bir çox hallarda bunun əksini görürük. Yaxın Şərqdə, Avropada, digər yerlərdə dini amil əsasında müharibələr, davalar və qanlı toqquşmalar baş verir. Bu, əlbəttə ki, bizi çox narahat edir. Yenə də deyirəm, ümid edirəm ki, Azərbaycan öz müsbət təcrübəsini başqa ölkələrlə bölüşərək, ümumbəşəri dəyərlərə qiymətli töhfəsini verir və verəcəkdir".

Nəzakət ƏLƏDDİNQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 İyul 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see408

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see328

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see250

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see249

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see244

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see244

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see240

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see238

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see234

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see231

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see223

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see222

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see216

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see213

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see204

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see200

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see195

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see188

İnsan sağlamliğina verilən dəyər

03 Sentyabr 2026 13:01see188

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri