Icma.az
close
up
RU
Bu gün Ulu Öndərin ruhu şaddır Komitə sədri

Bu gün Ulu Öndərin ruhu şaddır Komitə sədri

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müasir Azərbaycan dövlətinin banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik tariximizdə xüsusi yeri, xidməti və rolu vardır.  Azərbaycanın son altmış ildəki mövcudluğu,  inkişafı  və uğurları Ulu Öndər Heydər Əliyevlə və onun siyasi irsi ilə bağlıdır.

Modern.az xəbər verir ki, bunu deputat Musa Quliyev Milli Məclisin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunan xüsusi iclasında çıxışı zamanı deyib.     
"Dünyada öz dövrünün ən xarizmatik liderlərindən biri kimi tanınan və qəbul edilən Heydər Əliyevin uğurlarının əsasında bu böyk dövlət adamının digər şəxsi keyfiyyətləri ilə yanaşı, çoxşaxəli fəaliyyətində həmişə haqqa, ədalətə, dürüstlüyə, qanunçuluğa istinad etməsi idi.

Sovet Azərbaycanına rəhbərliyi dövründə Ümummilli Lider Heydər Əliyevin xalq, dövlət və tarix qarşısında ən böyük xidmətlərindən biri də milli intibahın, tarixi şüurun oyanışına yönəluk qərarlar qəbul etməsi, fəaliyyət göstərməsi, 1977- ci ildə SSRİ-də aparılan Konstitusiya islahatları çərçivəsində Azərbaycan dilinin  Azərbaycan SSR-nin Konstitusiyasına Dövlət dili kimi təsbit edilməsi olub.

Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Konstitusiya və Suverenlik ili elan olunmuş 2025- ci ildən geriyə- 1977- ci ilə doğru boylanaraq fikir söyləmək o qədər də çətin deyildir. Ancaq Kommunist partiyasının qılıncının dalı da, qabağı da kəsdiyi həmin dövrdə bir müsəlman ölkəsinin Konstitusiyasında Azərbaycan  dilini dövlət dili kimi təsbit etmək böyük siyasi iradə, dərin ağıl və cəsarət təlıb edən tarixi bir addım idi.

Respublika rəhbərliyinə ikinci dəfə qayıtdıqdan sonra böyük siyasi, hərbi, iqtisadi çətinliklərə baxmayaraq Ümummilli lider Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasını işləyib hazırladı. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu  müstəqil Azərbaycanın ilk Konstitusiyasında ölkəmizin siyasi sistemi, insan hüquq və azadlıqları, iqtisadi münasibətlər və sosial təminatlar kimi mühüm müddəalar öz əksini tapıb", - o deyib. 

Komitə sədri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin apardığı sosial- iqtisadi islahatların nəticəsində ölkəmiz iqtisadi sabitlik və inkişaf dövrünə qədəm qoyub: 

"Heydər Əliyevin müasir dövlətçilik siyasətinin başlıca prinsipi “dövlət xalq üçündür” ideyasıdır. Ümummilli liderin müəllifi olduğu Konstitusiyamızda bu ideyanın sosial mahiyyəti bariz şəkildə öz təsdiqini tapmışdır. 

Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövlətinin daxili siyasətində, sosial ədalət, sosial rifah, sosial müdafiə xətti həmişə prioritet istiqamət kimi müəyyən olunur. Heç təsadüfi deyildir ki, bizim dövlət büdcəmizdə sosial xərclərin payının 30%-dən yuxarı olması artıq ənənə halını almışdır. 

Ulu öndər Heydər Əliyev böyük uzaq görənliklə deyirdi ki, mənim görüb başa çatdırmadığım işləri azərbaycan xalqının dəstəyi ilə İlham Əliyev başa çatdıracaq. 

Cənab prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə böyük sosial iqtisadi uğurlara imza atılmışdır. Qısa müddət ərzində respublikada işsizlik 5%-ə, yoxsulluq isə 5,6%-ə endirildi. Cənab prezident İlham Əliyevin rəhbərliyi altında 2003-2025- ci illərdə Azərbaycanda 2,2 milyon yeni iş yeri açılmış, minimum əmək haqqı 44 dəfə artaraq 400 manata, orta aylıq əmək haqqı 13 dəfə artaraq 1010 manata, minimum pensiya 16 dəfə artaraq 320 manata, orta aylıq pensiya 22 dəfə artaraq 535 manata çatmışdır.

2019-cu ildən başlayaraq ölkəmizdə cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 5 dərin sosial islahatlar zərfi qəbul edilmişdir. Bu paketlərin illik maliyyə dəyəri 8.5 milyard manat təşkil edir və 4 milyon vətəndaşın sosial təminatının yaxşılaşmasına xidmət edir. Tarixdə az ölkə tapmaq olar ki, cəmi 30 il ərzində belə uğur hekayəsi yaza bilsin.

Bu gün Ulu Öndərin ruhu şaddır! Onun planlaşdırdığı, lakin həyata keçirməyə imkan tapa bilmədiyi bütün işləri, xüsusən, torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunmasını oğlu və siyasi varisi prezident İlham Əliyev böyük uğurla həyata keçirmişdir və Azərbaycan bayrağı ölkəmizin hər yerində qürurla dalğalanır!"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 May 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri