Icma.az
close
up
RU
Bu gün şəhidlərimizin ruhu şaddır

Bu gün şəhidlərimizin ruhu şaddır

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“Xalqımızın taleyinə yazılan daha bir faciənin ildönümünü qeyd edirik. Azadlıq, müstəqillik arzusu ilə meydanlara çıxan Azərbaycan xalqına qarşı həyata keçirilən qətliamın 36-cı ildönümünü. 36 il əvvəl Azərbaycan xalqına qarşı həyata keçirilən qətliam bir daha keçmiş ittifaq rəhbərliyinin müttəfiq respublikalarda baş qaldıran suverenlik, azadlıq çağırışlarına nə dərəcədə dözümsüz olduğunu, ənənəvi parçala, böl siyasətinin davam etdiyini ortaya qoydu”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov 20 Yanvar faciəsindən danışarkən səsləndirib. Millət vəkili bildirib ki, 1980-ci illərdə ittifaq daxilində cərəyan edən proseslər, aşkarlıq, demokratiya çağırışları istər-istəməz müttəfiq respublikalarda xalq hərəkatlarının vüsət almasına gətirib çıxarmışdı:
“Bu vəziyyət Azərbaycandan da yan keçmədi. Azərbaycan xalqını meydanlara çıxmağa vadar edən səbəblərdən biri də ittifaq rəhbərliyinin ənənəsinə sadiq qalaraq azərbaycanlıların hüquqlarının tapdalanmasını görməzlikdən gəlməsi, açıq-aşkar erməni maraqlarından çıxış etməsi idi. Belə ki, 1980-ci illərdə Qarabağda baş qaldıran erməni separatizmini, azərbaycanlıların dogma torpaqlarından deportasiya edilməsini Moskva qınamaq, ona qarşı sərt tədbir görmək əvəzinə ermənilərin separatizmə dəstək vermiş oldu və nə qədər qəribə də olsa bu addımı ermənilərin haqq və hüquqlarının tələbi kimi qələmə verdi. Bu cür haqsızlıq, Moskvanın separatizmə açıq dəstək nümayiş etdirməsi xalqı meydanlara çıxardı və haqlı olaraq Azərbaycan xalqı Moskvadan ayrılmaq, müstəqil olmaq tələbi ilə dinc aksiyalara başladı. Lakin təssüflər olsun ki, keçmiş SSRİ rəhbərliyi Azarbaycan xalqının dinc aksiyasına güllə ilə cavab verdi və Bakıda, eləcə də Azərbaycanın bir neçə regionunda qətliam həyata keçirdi”.
İlham Məmmədov xatırladıb ki, dinc, əli yalın xalqa qarşı təpədən dırnağa qədər silahlanmış rus qoşunları 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə qətliam həyata keçirdi:
“Nəticədə 147 nəfər öldürüldü, 744 nəfər yaralandı. Bundan başqa 841 nəfər qanunsuz olaraq həbs edildi, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vuruldu. İttifaqın əli qanlı dəstələrinin əməliyyatı yalnız Bakı ilə kifayətlənmədi. Eyni zamanda rus qoşunları dinc xalqa qarşı vəhşiliyini paytaxtdan xeyli uzaqda olan Neftçala və Lənkəranda da davam etdirdi. Nəticədə hər iki rayondan ümumilikdə 8 nəfər qətlə yetirildi”.
20 Yanvar faciəsinin dünyaya çatdırılması, ona hüquqi-siyasi qiymətin verilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edən millət vəkili deyib ki, faciənin səhəri günü Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Bakıda qırğın törədənləri ittifaqın mərkəzində ittiham etmək, bunun cinayət, qətliam olduğunu dilə gətirmək həmin dövrdə böyük bir cəsarət tələb edirdi:
“Xalqı meydanlara çağıranların rus əsgərlərindən qorxub müxtəlif yerlərdə gizləndikləri halda Heydər Əliyevin belə bir cəsarət ortaya qoyması böyük hünər tələb edirdi. Baxmayaraq ki, Ulu Öndərin bu addımı onun həyatı üçün də təhlükəli idi. Ancaq Heydər Əliyev bu təhlükəni bir kənara qoyaraq xalqın dərdini, acısını Moskvadan dünyaya çatdırmış oldu. Ulu Öndər ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra da əsas diqqəti 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin verilməsinə yönəltdi. Beləliklə, 1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 yanvar faciəsinə ali qanunvericilik orqanı, Milli Məclis səviyyəsində ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Milli Məclisin Qərarında deyilirdi: “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”.
İlham Məmmədov sonda onu da qeyd edib ki, bu gün şəhidlərimizin ruhu şaddır:
“Onların arzusunda olduqları torpaqlarımızın işğaldan azad edilməsi, suverenliyimizin bərpası Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində, eləcə də antiterror əməliyyatlarında mümkün oldu. Bu gün bütün suveren ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır”.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 19 Yanvar 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri